Ağ masai (alm. Die weiße Massai) — rejissor Hermini Huntqeburtun çəkdiyi və baş rollarda baş rollarda Nina Hoss ilə Ceki İdonun iştirak etdiyi filmdir. Film İsveçrədən olan bir qadın ilə Masai döyüşçüsünün[2] evliliyindən bəhs edən Korin Hofmanın "Ağ masai" adlı avtobioqrafik romanı əsasında çəkilmişdir.
Ağ masai | |
---|---|
alm. Die weiße Massai | |
Janr | dram filmi |
Rejissor | Hermini Huntqeburt |
Prodüser | Günter Rorbax |
Ssenari müəllifləri |
|
Əsaslanır | Korin Hofmanın "Ağ masai" adlı avtobioqrafik romanı |
Baş rollarda |
|
Operator | Martin Lenqer |
Bəstəkar | Niki Rayzer |
İstehsalçı | Constantin Film[d] |
Distribütor | Constantin Film[d] |
İlk baxış tarixi | 2005, 15 sentyabr 2005[1] |
Müddət | 131 dəq. |
Büdcə | 7.000.000 € |
Ölkə | |
Dillər | alman dili, ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Keniya |
IMDb | ID0436889 |
Karola İsveçrədə yaşayan və əslən alman olan bir qadındır. O, bir dostu ilə Keniyaya tətilə gəlir. Burada Karola ənənəvi paltar geyinmiş Masai döyüşçüsü olan Lemalian adlı bir nəfərlə tanış olur və dərhal ona aşiq olur. Qadın Keniyadan uçmaqdan imtina edir və Afrikalının doğulduğu doğma kəndinə gedir.
Lemalianda Karolanın hisslərinə müsbət cavab verir və cütlük tezliklə evlənir. Karola nəhayət Keniyaya köçür və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. Karola sahibkarlıq fəaliyyəti ilə bərabər eyni zamanda yerli əhalinin ona vəhşi görünən adətləri ilə də mübarizə aparmağa başlayır. Buna nümunə kimi qadın sünnəti və cadugərlik ittihamlarını göstərmək mümkündür.
Bir neçə illik evlilikdən sonra Karola bir qız uşağı dünyaya gətirir. Lemalian isə getdikcə daha çox arvadını qısqanmağa başlayır və ona elə gəlir ki, bu qız uşağı onun öz övladı deyildir. Bundan bezən Karola qızı ilə bərabər Keniyanı tərk etmək qərarına gəlir.[2]
Aktyor | Rol |
---|---|
Nina Hoss | Karola |
Ceki İdo | Lemalian |
Katya Flint | Elizabet |
Antonio Prester | Bernandonun atası |
Yanek Rike | Stefan |
Helen Namaso Lenemarken | Lemalianın anası |
Barbara M. | Karolanın anası |