Ağa Xəlilov

Ağa Xəlilov İsmayıl oğlu (d. 1920, Tiflis; ö.1992-ci il) – coğrafiya elmlər doktoru.

Ağa Xəlilov
Ağa Xəlilov İsmayıl oğlu
Doğum tarixi
Doğum yeri Gürcüstanın Tiflis şəhəri
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası İsmayıl Xəlilov
Elmi adı coğrafiya elmlər doktoru
Təhsili Tiflis Dəmir yol mühəndisləri institutu
Mükafatları "Şərəf nişanı"

Həyatı[redaktə | mənbəni redaktə et]

A.İ.Xəlilov Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1936-cı ildə Tiflis Dəmir yol mühəndisləri institutunu bitirmişdir. 1946–1947-ci illərdə Odessa Dəniz mühəndisləri institutunda, 1954–1956-cı illərdə isə Leninqrada Dəniz Flotiliya Akademiyasında çalışıb.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1963-cü ildə elmlər namizədi elmi dərəcəsi almışdır.
  • 1979-cü ildə "Müasir şəraitdə Xəzərin qərb sahillərinin formalaşması qanunauyğunluqları və mühafizəsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 1956–1957-ci illərdə Bakı şəhərində Xəzər Dəniz yolu şöbəsinin rəisi.
  • 1957–1959-cu illərdə Dəniz layihə bölməsinin direktoru.
  • 1959–1975-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda laboratoriya rəhbəri.
  • 1975–1979-cu illərdə Coğrafiya institutunda "Xəzər" elmi mərkəzində laboratoriya müdiri.
  • 1979–1984-cü illərdə Azərbaycan EA Geologiya institutunda geofizika elmi mərkəzinin rəhbəri işləmişdir.
  • 1984–1985-ci illərdə Azərbaycan EA Kosmik tədqiqatlar elmi mərkəzində baş elmi işçi.
  • 1985-ci ildən həmin müəssisədə laboratoriya müdiri işləmişdir.

Əmək fəaliyyətinə görə 1958-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülüb. 70-dən çox elmi əsərin müəllifidir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B.Budaqov.Azərbaycan coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh.50