Muxtar Abduyev

Muxtar Rzaqulu oğlu Abduyev (14 fevral 1926, Ağdaş16 iyul 1979) — Azərbaycan alimi, kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1971).

Muxtar Abduyev
Muxtar Rzaqulu oğlu Abduyev
Doğum tarixi 14 fevral 1926(1926-02-14)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1979(1979-07-16) (53 yaşında)
Milliyyəti azərbaycanlı
Atası Rzaqulu Abduyev
Elm sahəsi kənd təsərrüfatı
Elmi dərəcələri kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1971)
İş yerləri
Təhsili ADU
Tanınır alim, professor
http://abduyev.info/cgi-bin/site2/main3.cgi

Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məkətbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası" mövzusunda dissertasiya müdafiə ederək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar müsbət nəticəsini vermişdir. Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. 16 iyul 1979-cu ildə vəfat etmişdir.

M. Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçisi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində, 1968-1979-ci illərdə isə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M. Abduyev həmçinin Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir. Onun əsas tədqiqatları torpaqların şorlaşmasının meliorasiyasına həsr edilmişdir. M. Abduyev torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər doktorudur. İlk dəfə dünya miqyasında torpaqların şorlaşmasının delüvial formasının mənşəyini, diaqnostikasını, nəzəri problemlərini öyrənmiş və onların meliorativ yaxşılaşdırılması yollarını tədqiq etmişdir. Bu sahədə alimin fundamental monoqrafiyası Azərbaycan SSR EA nəşriyyatında çap edilmiş (1968) və dünyada bu əsərin nəşri böyük rəğbətlə qarşılanmışdır. Tanınmış xarici alimlərdən olan prof. S.V. Oprya və prof. Q.Sandu keçmiş SSRİ EA -nın "Torpaqşünaslıq" və Azərbycan SSR EA-nın biologiya elmlərinin "Xəbərlər" jurnalında bu əsərin elmi mahiyyəti haqqında məqalələr çap etdirmişlər.

M Abduyev tərəfindən ilk dəfə Respublikanın ağır gilli şoran torpaqlarının kimyəvi meliorasiyası (neft və neft-kimya sənayesinin tullantıları ilə yuyulması) nəticəsində torpaqların münbitləşməsinin effektivliyi göstərilmiş və onun bu mövzuya həsr edilmiş "Ускоренная мелиорация глинистых солончаков Азербайджана" adlı monoqrafiyası çap edilmişdir. O, 1952-ci ilədək Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1959-196-cı illərdə isə Azərbaycan Politexnik İnstitutunda torpaqşünaslıq və torpaq meliorasiyasına həsr olunmuş mühazirələr oxumuşdur. Prof. M. Abduyev 1974-cü ildə Moskvada keçirilmiş "X Beynəlxalq Torpaqşünaslar Konqresinin " iştirakçısı və məruzəçisi olmuşdur. Professor M.Abduyev 150 elmi əsərin müəllifidir.[1]

  • Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
  • Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
  • Azərbaycanda şorakət torpaqları və onların yaxşılaşdırlması
  • Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
  • Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
  • Dağlarım mənim

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Faiq Şükürbəyli."Ağdaş tarixin yaddaşında-I cild", Bakı-2013, səh:152-155