Ağa Hacıbala oğlu Zeynallı (20 iyun 1952, Kürdəmir – 31 may 2023, Kürdəmir) — Azərbaycan tarixçisi, tədqiqatçı[1]. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Ağa Zeynallı |
Doğum tarixi |
20 iyun 1952(1952-06-20) |
Doğum yeri |
|
Vəfat tarixi |
31 may 2023(2023-05-31) (71 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir.
Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur.
Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ağa Zeynallı əslən Şamaxının Sarıtorpaq məhəlləsindən, şair Məhəmməd Hadi şəcərəsindəndir.
- Kürdəmir faciəsi və Qafqaz islam ordusunun qurtuluş savaşları (1918). Bakı: Şirvannəşr, 2010, 195 səh.[2]
- Kürdəmir 1883–1923-cü illərdə. Bakı, 2011
- Yaşamaq yanmaqdır yanasan gərək. Bakı, 2012
- Kürdəmir və Kürdəmirlilər Soykökümüz Mənşəyimiz. Bakı, 2013
- Kürdəmir xanlıqlar dövründə və müridizm hərəkatında (1743–1883). Bakı: Elm və təhsil, 2013, 160 səh.
- Kürdəmir 1923–1963-cü illərdə. Bakı, 2014
- Kürdəmirin tarix yaradan oğlu Mustafa Mahmudov. Bakı, 2014
- Kürdəmir təhsilinin tarixi. Bakı: Elm və təhsil, 2015, 279 səh.
- Məktəb tariximiz, müəllimlərimiz, müqəddəslərimiz. Bakı: Elm və təhsil, 2016, 239 səh.[3]
- Kürdəmir səhiyyəsinin tarixi. Bakı, 2017
- Heç nə unudulmur, heç nə yaddan çıxmır. Bakı: Elm və təhsil, 2018, 159 səh.[4]
- Ömrün müdrik çağı İsa Hacıyev 90. Bakı, 2019
- Kürdəmir: Açılmamış səhifələrin izi ilə. Bakı, 2022
- Getmək istəyirsən bəhanəsiz get. Bakı, 2023
- "Qızıl Qələm" media mükafatı — Bakı, 2010
- "Şöhrət mükafatı" — Bakı, 2015
- "Məmməd Əmin Rəsulzadə" Müstəqil Milli mükafatı — Bakı, 2018