Ağa xan İrəvanski

Ağa xan Abbasqulu xan oğlu İrəvanski (d. XIX əsrin II yarısı, İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası - ö. bilinmir) — Rusiya imperiyası I Dövlət Duması üzvü, hərbçi. 1919-cu ildə İrəvan Müsəlman Milli Şurasının sədri olub.[1]

Ağa xan Abbasqulu xan oğlu İrəvanski
16 may 1906 – 9 iyul 1906
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi bilinmir
Fəaliyyəti siyasətçi
Atası Abbasqulu xan İrəvanski
Anası Tərlan xanım Kəngərli
Uşağı Bülbül xanım

Ağa xan Abbasqulu oğlu İrəvanski İrəvan şəhərində zadəgan ailəsində dünyaya gəlmişdir.[2] Atası Abbasqulu xan İrəvanski İrəvan şəhər dumasının üzvü, şəhərdəki rus-tatar məktəblərindən birinin fəxri rəhbəri və Qacarların İrəvan qolunun nümayəndəsi, yəni İrəvan xanları nəslindən idi. Anası Tərlan xanım Kəngərli Naxçıvan xanları nəslindən gəlirdi və Rus-Osmanlı müharibəsi zamanı baş vermiş Bəyazit döyüşünün qəhrəmanlarından biri olan İsmayıl xan Naxçıvanksinin qızı idi.

İrəvan gimnaziyasında oxusa da, oranı bitirməmişdir. Məktəbdən ayrıldıqdan qısa müddət sonra imtahan vermiş və III dərəcəli dövlət qulluqçusu olmuşdur. Daha sonra İrəvan qubernatorunun xüsusi tapşırıqlar üzrə əsas köməkçisi olmuşdur. 1878-ci ildə atası ilə birlikdı İrəvan quberniyasına aid məsələlərin müzakirə edildiyi quberniya kollegiyasına qatılmışdır. 1904-cü ildə Ağa xan İrəvan şəhər dumasının üzvü olmuşdur. 13 fevral 1906-cı ildə Azərbaycan türkləri icmasının adından ermənilərlə toqquşmanın dayandırılmasını və quberniayda nizam-intizamın bərpa edilməsini nəzərdə tutan razılaşmanı imzalayanlardan biri olmuşdur.[3][4]

16 may 1906-cı ildə İrəvan quberniyasından Rusiya birinci dumasına deputat seçilmişdir. 1907-1908-ci illərdə bir neçə Azərbaycan türkü ilə birlikdə İrəvan şəhər dumasının üzvü seçilmişdir. 1919-cu ilin fevralında İrəvan Müsəlmanları Milli Şurasının rəhbəri olaraq çalışmağa başlamışdır.[3][4].

Qızı Bülbül xanım 1İrəvan gimnaziyasını bitirmiş və mükəmməl səviyyədə rus dilini bilmişdir. 1917-ci ildə İrəvanda və 1920-ci ildə isə Gədəbəydə rus dili dərsi demişdir. Dəllər, Naxçıvan və İrəvanda qadın klubları açmışdı.[3]

  • Боиович М. М. Члены Государственной думы (Портреты и биографии). Первый созыв. М, 1906] С. 475;
  • Мусульманские депутаты Государственной думы России. 1906—1917 годы: Сборник документов и материалов. Уфа, 1998;
  • Усманова Д. М. Мусульманские представители в Российском парламенте. 1906—1917. Казань, 2005.
  1. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты / Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: qanunvericilik aktları (PDF). Bakı: Azərnəşr. 1998. səh. 452. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-05.
  2. Б. Ю. Иванов, А. А. Комзолова, И. С. Ряховская. Государственная дума Российской империи: 1906—1917. Moskva: РОССПЭН. 2008.
  3. 1 2 3 "Аскер Зейналов. Эриванская интеллигенция. Баку: МУТАРДЖИМ. 2011" (PDF). 2016-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-06.
  4. 1 2 "«Договор»". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.