Abbasqulu Xan İrəvanski

Abbasqulu xan Mehbalı xan oğlu (1830, İrəvan1907) İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin Naxçıvanın müdafiəsində mühüm xidmətlər göstərən Abbasqulu xan İrəvanski bacarıqlı və cəsur hərbçi olub. O, 1905-ci ildə xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını alıb. Abbasqulu xan maarifçilik işlərində də öz maddi köməyini əsirgəməyib. Həm də İrəvan şəhər dumasının üzvü olub.

Abbasqulu xan İrəvanski
Abbasqulu xan Möhbalı xan oğlu
Ortada duran şəxsdir
Ortada duran şəxsdir
bayraq
İrəvan şəhər dumasının üzvü
bayraq2
1882 – 1889
Şəxsi məlumatlar
Doğum tarixi 1830
Doğum yeri
Vəfat tarixi 1907
Atası Möhbalı xan İrəvanski
Həyat yoldaşları Zərrintac xanım
Bilqeyis xanım
Tərlan xanım
Uşaqları Ağa xan
Kərim xan
Əli xan
Həsən xan
Xanlar xan
Məmmədqulu xan
Fəxrəntac xanım
Gövhərtac xanım
Tacı xanım
Şövkət xanım

Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu ildə İrəvan şəhərində doğulmuşdur. Babası Məmmədqulu xan 1846-cı ildə vəfat edəndə Abbasqulu xanın 16 yaşı vardı. Abbasqulu xan gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Onun İrəvan şəhərində 1860-cı ildən gördüyü işlər haqqında o dövrün mətbuatı da ətraflı məlumat verir. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınmış, İrəvan Şəhər Dumasına üzv seçilmişdir (1882–1899). O, maarifçilik işlərində də öz maddi köməyini əsirgəməmişdir. Abbasqulu xan İrəvan rus-türk məktəblərinin fəxri nəzarətçisi vəzifəsini daşımaqla bərabər, xeyriyyəçilik də etmişdir. Onun haqqında "Qafqaz təqvimi"ndə və "Qafqaz" qəzetində belə materiallara daha çox rast gəlirik[1]. Abbasqulu xan Naxçıvanla çox bağlı olmuşdur. Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır[2].1907-ci ildə vəfat etmişdir.[3]

Ailəsi və ailəsinin taleyi

[redaktə | mənbəni redaktə et]

Abbasqulu xan Naxçıvanla çox bağlı olub, çünki onun övladlarının analarından biri Kəngərlilər nəslindən idi. Arxiv sənədlərində onun bu nəsildən 2 xanımı olduğu yazılıb: Tərlan xanım və Zərrintac xanım. Azərbaycanlı tədqiqatçılar onun həyat yoldaşının iki olduğunu qeyd ediblər: Bilqeyis xanım və Tərlan xanım, amma Rusiya Dövlət Hərbi Tarix Arxivində general-leytenant Maqsud Əlixanovun şəxsi işində yazılanlardan məlum olur ki, Zərrintac xanımın əvvəllər həyat yoldaşı Abbasqulu xan olub.[3]

Abbasqulu xan İrəvanskinin nəsil şəcərəsi haqqında danışarkən arxiv sənədləri ilə yanaşı, hökmən həmin nəslin nümayəndəsi, akademik, tanınmış şəcərəşünas Çingiz Qacarın dediklərinə də əsaslanmalıyıq. Abbasqulu xanın Bilqeyis xanımdan 3 övladı- iki oğlu və bir qızı olub. Böyük oğlunu Ağa xan çağırıblar (daha dəqiq desək, onun sənəddəki adını müəyyənləşdirmək mümkün olmayıb). Ağa xanın Bülbül adında bir qızı olub. O, 1897-ci ildə doğulub[3], İrəvan gimnaziyasını bitirdikdən sonra 1917–1920-ci illərdə İrəvanda və Gədəbəydə müəllim işləyib, Dəllərdə, Naxçıvanda və İrəvanda yaratdığı qadınlar klublarının rəhbəri olmuşdur. Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən klubun yerləşdiyi bina indiyədək fəaliyyət göstərir.

Abbasqulu xanın qızı Şövkət xanım əvvəlcə Paşa xan Makinskinin, sonralar isə general İsmayıl xan Naxçıvanskinin arvadı olub.

Abbasqulu xanın ikinci oğlu Böyük xanın (əsl adı Məmmədqulu xandır) arvadı Tovuz xanım Naxçıvanskaya İsmayıl xanın oğlu Bəhman xanın qızı olub. Tovuz xanımın anası Çimnaz xanım general-mayor Kalbalı xan Naxçıvanskinin qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olub: Nazxanım, Yəməntac xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan və Nəcəf xan.

Məmmədqulu xanın birinci qızı Nazxanım 1912-ci ildə Maku xanlarından olan Midhət xanla ailə qurub. Onların varisləri son illərdə Naxçıvanda da olublar. Onu da qeyd edək ki, bəzən Nazxanımı Cəfərqulu xanın qızı Nazlıbəyimlə (o da Maku xanlarından olan Sərdar Mürtəzaqulu xanın gəlini olub) qarışıq salırlar. Məmmədqulu xanın ikinci qızı Yəməntac xanım Bakıda H. Z. Tağıyevin qız məktəbində oxuyub, sonra İrəvanlı ziyalılardan olan Mirbabayevlərin gəlini olub. Ömrünün çox illərini Naxçıvan şəhərinin Xan dikindəki baba evlərində, sonra isə Sarvanlar məhəlləsində yaşayıb. Bu gün Naxçıvanın və Bakının tarix muzeylərini bəzəyən bir çox qiymətli fotoşəkilləri qorxa-qorxa, əziyyətlə qoruyub saxladığına görə Yəməntac xanımı minnətdarlıqla yad edirik. Bu şəkilləri qorumaq Tovuz xanımdan (Tovuz xanım 1947-ci ildə Bakıda vəfat edib) sonra onun başlıca vəzifəsi olub. Yəməntac 1960-cı illərin əvvəllərində Naxçıvanda vəfat edib, sonra həmin fotoarxivi aşkarlıq illərinə qədər onun qızı, ağbirçək el anası Aləm xanım Seyidova qoruyub saxlayıb, bir qismini qohumu Cəmşid Naxçıvanskinin (Abasqulu xan Cəmşid Naxçıvanskinin ana babasıdır) ev-muzeyinə təhvil verib, bir qismini isə yadigar olaraq özündə saxlayıb. Onun xidmətləridir ki, həmin şəkilləri mətbuatda dərc etmək imkanı qazanmışıq. Aləm xanım deyəndə ki, general İsmayıl xan babası, Cəfərqulu xan və Rəhim xan isə dayılarıdır, heç kim ona inanmırdı, amma əslində bu, həqiqətdir. Əgər şəcərə cədvəlini izləsək görərik ki, generalın qızı Tərlan xanım onun ögey nənəsidir. General-mayor Kalbalı xanın qızı Çimnaz xanım onun anası Yəməntacın anasıdır. Cəfərqulu xanla Rəhim xan, Hüseyn xan, II Ehsan xan onun anası Yəməntacın doğmaca dayılarıdır. O da anasının dili ilə onlara dayı deyirmiş.

Məmmədqulu xanın oğlu Mehdiqulu xan qədim Şərq tarixi üzrə çox məşhur alim kimi tanınıb. Yunan, İtaliya və Misir tarixi üzrə Azərbaycanda hələ ki, ona çata bilən mütəxəssis olmayıb. 29 elmi əsərin müəllifi olan Mehdiqulu xanla bağlı Aləm xanımda maraqlı fotoşəkillər var. Mehdiqulu xanın həyat yoldaşı isə İrəvanlı Hacı İsmayıl Bağırbəyovun qızı Kübra xanım olub. Onların bu izdivacından 3 qızları dünyaya gəlib: Tamilla, Kamilə və Nailə.[1]

Məmmədqulu xanın qızı Əfşan xanım Bakıda Tağıyevin qız məktəbində oxuyub, qızı İsmət xanım görkəmli dramaturq Sabit Rəhmanla ailə qurub.[1]

Məmmədqulu xanın oğlu Allahyar xanın ancaq təhsil illəri və repressiya qurbanları olmaları haqda məlumatlar var.

Məmmədqulu xanın oğlu Nəcəf xan Moskva metallurgiya institutunu bitirib, sonralar Azərbaycan Neft və Kimya institunda müəllim işləyib. Onun iki qızı var.[4]

Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanım Naxçıvanskayadan (general İsmayıl xan Naxçıvanskinin qızıdır) 6 övladı olub: Həsən xan, Fəxrəntac xanım, Gövhərtac xanım, Xanlar xan və Tacı xanım. Xanlar xan ulu babaları Hüseynəli xanın şərəfinə belə çağırılıb, əsl adı Hüseyn xandır. 6-cı övladı isə hərbçi Kərim xan olub. Abbasqulu xanın böyük oğlu Həsən xan 1920-ci ildən sonra Türkiyəyə köçüb. Onun oğlu Hüseyn xan Turqut Türkiyə Hava Qüvvələrinin generalı olub. Varisləri İstanbulda yaşayırlar. Çingiz Qacar orada onlarla görüşüb.[5]

Abbasqulu xanın üçüncü xanımı isə general-mayor Kalbalı xanın sonbeşik qızı Zərrintacbəyim olub. Bu nikahdan onlar ayrılanadək övladlarının olub-olmaması qeydə alınmayıb. Arxiv sənədlərinə görə Abbasqulu xanın Əli xan adlı əmisi oğlu da olub. O, 1853–1856-cı illərdə Krım müharibəsində iştirak edib. Əli xan İrəvanski Kərbəlayi Qurbanəlinin qızı ilə evlənib. Kərbəlayi Qurbanəli görkəmli dövlət xadimi Əziz Əliyevin ata babasıdır. Bu səbəbdən də sovet hökuməti illərində Əziz Əliyev çoxlu təqiblərə məruz qalıb.

Bütün ömrünü xalqının tərəqqisinə həsr edən Abbasqulu xan uzun illər ermənilərlə mübarizə aparıb. Bir-biri ilə kökdən qohum olan Naxçıvanski, İrəvanskiŞadlinskilər ən çətin anlarda özlərini onun köməyinə yetiriblər. Erməni daşnaklarının xain basqınları nəticəsində Naxçıvana gələrək, burada yaşayıblar. Hətta 1920-ci ildən sonra da onların övladları 1937-ci ilədək Naxçıvanda fəaliyyət göstərmişlər.[3]

  1. 1 2 3 lhttp://teref.az/kose/36215-tarixi-fotoshekil-en-yaxshi-tedqiqat-eseridir-naxchivan-ve-revan-xanlarinin-qohum-olduqlarini-subut-eden-tarixi-fotoshekil.html. .
  2. http://teref.az/kose/36215-tarixi-fotoshekil-en-yaxshi-tedqiqat-eseridir-naxchivan-ve-revan-xanlarinin-qohum-olduqlarini-subut-eden-tarixi-fotoshekil.html. . (#cite_web_url)
  3. 1 2 3 4 http://www.anl.az/down/meqale/525/525_iyun2009/82654.htm. . (#cite_web_url)
  4. https://www.facefacebook.com/IrevandaTurkler/photos/a.101887529887386/148130851929720/?type=3. . (#cite_web_url)
  5. https://www.facefacebook.com/IrevandaTurkler/photos/a.101887529887386/353959121346891/?type=3. . (#cite_web_url)