Ağaddin Babayev

Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü.

Ağaddin Babayev
Doğum tarixi 15 mart 1956(1956-03-15) (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşaqları Vuqar, Aqşin
Atası Abdulla
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist, tərcüməçi, dramaturq, şair
Mükafatları "Qızıl Qələm" media mükafatı laureatı
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb.

A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.

Hazırda o, əmək fəaıiyyətini Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri və "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.

A. Babayev 50 ildən çoxdur ki, bədii yaradıcılıqla məşğuldur. Hekayə, pyesşeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. İki kitab müəllifidir. Bir sıra məqalə müsabiqələrinin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqələrinin qalibi olub.[1][2]

"Qızıl qələm" media mükafatı laureatıdır.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • 1."Мои собеседники" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2002
  • 2."От нашего корреспондента" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2009

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağaddin Babayev CTV Bu Səhərin Qonağı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  2. "Ağaddin Babayev " Lenkeran Dovlet Dram Teatri". lddt.info (az.). 16 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 may 2019.