Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir.
Ağaməmmədli | |
---|---|
41°19′28″ şm. e. 44°54′19″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir.
Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir.
1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır.
2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır.
Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır. 2005-ci ilə olan məlumata görə kəndin orta məktəbində 504 şagird təhsil alır və 60 müəllim işləyir.
2009-cu ildə Mahal Tükənovun başçılığı ilə kənddə İmam Rza Məscidin açılışı baş verdi. Məscid Kompleksinə Hüseyiniyyə (yemək və ya yas zalı), Dərs otağı, Axund otağı, Kitabxana və Qonağ otağı daxildir.