Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986).
Eyvaz Borçalı |
---|
Eyvaz Məhəmməd oğlu Eyvazov |
Doğum adı |
Ayvaz Ayvazov |
Doğum tarixi |
5 may 1938(1938-05-05) (86 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Fəaliyyəti |
ssenarist |
Əsərlərinin dili |
azərbaycanca |
İlk əsəri |
Əbədi Məşəl |
Mükafatları |
2005 1980 |
Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993). Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. "Şərəf nişanı" ordeni (1980), iki dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1978; 1988) və bir medalla təltif edilmişdir. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1]
Eyvaz Borçalı Borçalı İctimai Cəmiyyətinin təsisçisisdir. 1993–2006-cı illər arası cəmiyyətə sədrlik edib.
Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
- Üfüq yananda. Bakı: Azərnəşr, 1964, 36 səh.
- Sevgi radiusu. Bakı: Gənclik, 1967, 89 səh.
- Şah və qoca. Bakı: Gənclik, 1968, 12 səh.
- Qızıl anlar. Bakı: Azərnəşr, 1970, 99 səh.
- İnsan, zaman, izlər. Bakı: İşıq, 1974, 109 səh.
- İllər… pillələr. Bakı: Gənclik, 1975, 175 səh.
- Dünya, məni tərkinə al. Bakı: Gənclik, 1983, 168 səh.
- Dünyanın tərkində. Bakı: Yazıçı, 1986, 160 səh.
- Durnalı göylər. Bakı: Yazıçı, 1991, 360 səh.
(ruscadan)
- N. Barataşvili. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1968, 62 səh.
- A. Blok. Şeirlər və poema. Bakı: Gənclik, 1972, 71 səh.
- M. Kərim. Dağlar da insan kimidir. Bakı: Gənclik, 1975, 171 səh.
- A. Blok. Əsərləri. Bakı: Yazıçı, 1980, 126 səh.
- M. Kərim. Məhəbbətin dörd fəsli. Bakı: Gənclik, 1982, 78 səh.
- Aleksandr Puşkin. Yevgeni Onegin.
- 1001-ci qastrol (film, 1974)
- 777 №-li sexdə (film, 1979)
- Akt və fakt (film, 1978)
- Alıcının sərgüzəşti (film, 1976)
- Altı duru, üstü quru (film, 1983)
- Arzu (film, 1972)
- Atamın sənəti (film, 1980)
- ATU və ya pa ATU nnan (film, 1971)
- Axırıncı maqın sonu (film, 1974)
- Axtaran tapar (film, 1980)
- Ay alan! (film, 1981)
- Azərbaycan tütünü (film, 1976)
- Baldızoğlu (film, 1977)
- …balıq sevdası (film, 1979)
- Baş tutmayan ziyafət (film, 1981)
- Başdan ayağa (film, 1973)
- Bəhrə (film, 1984)
- Bəhri-təhvil (film, 1979)
- Bəlkə... (film, 1985)
- Bəxtəvər (film, 1984)
- Bir məktubun izi ilə (film, 1982)
- Bir nömrəli... (film, 1980)
- Bir səfərin izilə (film, 1980)
- Bişmiş toyuğun gülməyi... (film, 1983)
- Böyüyəndə bilərsən... (film, 1981)
- Bumeranq (film, 1982)
- Buxarlanan vədlər (film, 1980)
- Buyruq və quyruq (film, 1972)
- Cavabsız sual (film, 1977)
- Cərimə yolları (film, 1978)
- Çardaş (film, 1973)
- Çarə (film, 1981)
- Çətin sual (film, 1979)
- Çıxılmaz vəziyyət (film, 1983)
- Çıxış yolu (film, 1984)
- Daha bir fənd (film, 1978)
- Damğa (film, 1984)
- Daş dözür (film, 1973)
- Daş münasibət (film, 1983)
- Defisit qliserin (film, 1975)
- Dərs (film, 1981)
- DHD (film, 1982)
- Diplomlu mütəxəssis (film, 1974)
- Dua (film, 1982)
- Eksperiment (film, 1984)
- Evlər yıxanım mənim!!. (film, 1974)
- Əhməd haradadır? (film, 1983)
- Əhvalipürsanlıq, yaxud qəbiristanlıq (film, 1972)
- Əqrəb (film, 1972)
- Əla kəsici (film, 1975)
- Əlamət (film, 1982)
- Əldən qalan... (film, 1981)
- Fəallıq (film, 1975)
- Fənd (film, 1978)
- Fikirləşmək lazımdır (film, 1980)
- Fırıldaqçı (film, 1983)
- Foto həvəskarı (film, 1985)
- Fövqəladə hadisə (film, 1982)
- Gecəniz xeyrə qalsın (film, 1977)
- Gedərgəlməz (film, 1984)
- Gənc memar (film, 1978)
- Gethagetdə (film, 1983)
- Gözbağlıcılar (film, 1973)
- Gözəllik ondur... (film, 1984)
- Gözəyarı (film, 1984)
- Günlərin bir günü... (film, 1981)
- Hamam hamam içində (film, 1983)
- Hami (film, 1981)
- Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977)
- Hansı peşə yaxşıdır (film, 1982)
- Harayacan qaçacaqlar (film, 1983)
- Hədiyyə (film, 1974)
- Heyif siqnalından (film, 1978)
- Xəbərdarlıq (film, 1984)
- Xırdavat (film, 1982)
- Xoruzun quyruğu (film, 1980)
- Xoş gəlmisiniz! (film, 1973)
- Xüsusi buraxılış (film, 1983)
- İbrət dərsi (film, 1984)
- İcazə (film, 1972)
- İki dəfə iki (film, 1973)
- İlişdim (film, 1983)
- "İmportnı" yaxud zırrama (film, 1972)
- İmtahan (film, 1982)
- İncik incilər (film, 1982)
- İntizam (film, 1983)
- İşgüzar adamlar (film, 1977)
- İsrafçılıq (film, 1980)
- İsrafçılar (film, 1983)
- Kallıq (film, 1981)
- Keyfiyyət nişanı (film, 1974)
- Kəpəz (film, 1972)
- Kimdir Məmməd Məmmədov? (film, 1973)
- Kontor (film, 1978)
- ...Könüldən iraq (film, 1982)
- Qanlı zəmi (film, 1985)
- Qaş düzəldən yerdə... (film, 1980)
- Qədəmlərin mübarək (film, 1976)
- Qəhrəmanlara eşq olsun! (film, 1981)
- Qəribə adamlar (film, 1978)
- Qıfılbəndin açması (film, 1982)
- Qıfıllı istirahət ocağı (film, 1975)
- Qiymətli tüstü (film, 1978)
- Qorunmağa möhtac qoruq (film, 1983)
- Qoy dolanaq... (film, 1972)
- Qozbeli qəbir düzəldərmi? (film, 1972)
- Qunduzdan söhbət açaq (film, 1976)
- Leylək gözləyir (film, 1977)
- Maqarıç (film, 1973)
- Metamarfoza (film, 1983)
- "Mədəniyyət" № 1 (film, 1975)
- Məğlubedilməzlər (film, 1983)
- Məhəbbətdən də artıq (film, 1975)
- Məhəbbətin familiyası (film, 1977)
- "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
- Məntiqi sual (film, 1979)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Məsələ № 777 (1980)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- "Mozalan"ın izi ilə (film, 1982)
- Möhürlü yalan (film, 1983)
- Musiqili sınaq (film, 1982)
- Mübadilə (film, 1983)
- Mükafat, yoxsa... (film, 1980)
- Müqavilə (film, 1978)
- Müqəddəs and (film, 1983)
- "Müstəntiq və məntiq" (film, 1971)
- Nankorluq (film, 1982)
- Narazılıq (film, 1981)
- Nə haqla? (film, 1983)
- Nə vaxta qədər? (film, 1974)
- Nəticə (film, 1984) (I)
- Nəticə (film, 1984) (II)
- Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
- Onun bəlalı sevgisi (film, 1980)
- Orijinal üsul (film, 1983)
- Oxuyur Müslüm Maqomayev (film, 1971)
- Ögeylik (film, 1985)
- Örtülü bazar (film, 1984)
- Ötür-ötür (film, 1980)
- Özünü ifşa (film, 1986)
- "Pərvanələr" (film, 1985)
- Poliqlotlar (film, 1974)
- Putyovka (film, 1975)
- Reaksiya (film, 1981)
- Rəngli yuxu (film, 1982)
- Sayı çox... (film, 1981)
- Səbəblərdən biri (film, 1978)
- Sehrli sandıq (film, 1973)
- Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
- Söyüdlünün su dərdi (film, 1982)
- Sözsüz mahnı (film, 1972)
- Sözün çəkisi (film, 1980)
- Su niyə yoxdur? (film, 1983)
- Sübut (film, 1982)
- Super ağcaqanad (film, 1981)
- Sürpriz (film, 1977)
- Sürücünün aqibəti (film, 1973)
- Şərt (film, 1984)
- Taxtası və saxtası (film, 1982)
- Təcili yardım lazımdır (film, 1974)
- Təki dam olsun... (film, 1972)
- Telefon sərgüzəştləri (film, 1973)
- Tənha narın nağılı (film, 1984)
- Təşəkkür (film, 1978)
- Tikən də biz, sökən də (film, 1981)
- Tikilir, amma... (film, 1973)
- Torpağa düşməsin havayı bir dən (film, 1983)
- Toxunma, partlayar! (film, 1982)
- Toya dəvətnamə (film, 1973)
- Tülkü həccə gedir (film, 1971)
- Ucar lətifəsi (film, 1981)
- Uğurlu təyinat (film, 1984)
- Usta Aslan (film, 1972)
- Ütü də gözəllikdir (film, 1980)
- Ver verim (film, 1974)
- Yaddan çıxmış metal (film, 1973)
- Yağışlı havalarda (film, 1982)
- Yalançını evinəcən qovarlar (film, 1981)
- Yanğın (film, 1975)
- Yanlış da bir naxışdır (film, 1984)
- Yaşıl işıq (film, 1972)
- Yeddi qoyun nağılı (film, 1983)
- Yeganə çıxış yolu (film, 1980)
- Yeganə əlac (film, 1981)
- Yenə də inşaatçılar... (film, 1980)
- Yeni üsul (film, 1974)
- Yerli kadr təsdiqə gedir (film, 1973)
- Yollar (film, 1972)
- Yolum düşdü (film, 1974)
- Yoxlanılmış, inanılmış... (film, 1971)
- Yüz qramın qiyməti (film, 1975)
- Zərbə (film, 1983)
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.