Qızılhacılı (Sarvan)

Qızılhacılı və ya Aran QızılhacılıGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Qızılhacılı
41°28′43″ şm. e. 44°46′21″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon Marneuli
Əhalisi
Əhalisi 7.124 nəfər
Xəritəni göstər/gizlə
Qızılhacılı xəritədə
Qızılhacılı
Qızılhacılı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, HallavarCandar kəndləri ilə qonşudur.

2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.

Gülnara Qocayeva Məmmədova