Ağarəhim Rəhimov

Ağarəhim Nüsrət oğlu Rəhimov (26 oktyabr 1948, Ucar rayonu) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993).

Ağarəhim Rəhimov
Doğum tarixi (76 yaş)
Doğum yeri Boyat, Ucar rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı

Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.

1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur.

A. N. Rəhimovun elmi fəaliyyəti "Ana dili tədrisinin aktual problemləri"nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", "Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı", "Şagirdlərin obrazlı nitqinin inkişafı" monoqrafiyaları çap olunub.

A. N. Rəhimov uzun müddət ixtisaslaşdırılmış Müdafıə Şurasının üzvü olub, namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Alimin pedaqoji elmlər sahəsində magistr və doktorantların hazırlanmasında böyük əməyi vardır. A. N. Rəhimov yüksək elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını, Qabaqcıl Təhsil işçisi medalını alıb. Azərbaycan Yazıçılar Bìrlìyìnìn üzvü, "Qızıl Qələm" , "Qızıl ürək" mükafatlarının laureatıdır. A. N. Rəhimov etìk fəlsəfə sahəsìndə "Allahla ünsìyyət", "Ölüm və ölməzlìk", "Zəka sìmfonìyası" "Düşüncələr", "Qüdrətdən doğan nur" kitabları və fəlsəfi-əxlaqi esselərin müəllifidir.

A. N. Rəhimov nasir və dramaturqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 31 bədìì kìtabın müəlìfìdìr. 20 cilddə seçilmiş əsərlərini çap etdirib. Sənətkarın 200-ə qədər hekayəsi, o cümlədən "Hikkəbaz Gülsənəm", "Bu ki komediyadır", "Əcəb işə düşdük", "Toy əhvalatı", "Canavar balası", "Molla-aşıq Məməti" və başqa hekayələri, "Gəlìnqayada qoşa məzar", "Ulu kəndìm", "Fırıldaqçı Nìftulla", "Mənim qəribə taleyim", "Taleyin hökmü", "Bank əməliyyatı", "Əcəl təri", "Meteor parçası", "General" və "Tənha çinarın pıcıltıları" povestlərì, "Yaddaşda yaşar xatirələr", "Ovlaq keçidi", "İkìlì dünyam", "Qoşa qanad", "Səfalət", "Gìrdab", "Cinayət və etiraf", "Təxribat" və "Mürdəşirlər adası" romanları, "Əl əlì yuyar", "Məhəbbət və cìnayət", "Xəyanət", "Haray", "Maska", "Nə tökərsən aşına", "Qatillər", "Vicdan məhkəməsi", "Əcaib macəranın nadürüst tipləri", "İstintaq yekunlaşdı", "Dünyanın beş günü", "Daşqala əməliyyatı", "Düdəməli qalmaqalı", "Qatı cinayətkarlar", "Qadın hikkəsi", "İblisin oyunu", "Xəcalət", "Cələkəsənlər", "Şərikli uşaq", "Namərd körpüsü", "Qırmızı qar", "Canavar balası", "Əsgər anası", "Xanımın desant batalyonu" və "Qızıl əllər" pyeslərì oxucuların dərin rəğbətini qazanıb. A. N. Rəhimov "Canavar balası", "Qırmızı qar", "Əsgər anası", "Bazar həngaməsı və ya gicbəsərlər", "Ala qarğa", "Quzğun", "Kələkbazlar", "Qana qan", "Hörümcək toru", "Uçurum" və "Qəzəb" kinossenariləri, "Duyumlar və deyimlər" müdrük kəlamlar, portret-oçerk və müsahibələrin müəllifidir. A. N. Rəhimovun "Əsgər anası", "Məhəbbət və cìnayət", "Pul hərisləri" əsərləri tamaşaya qoyulub, "Canavar balası" və "Qırmızı qar" əsərlərì əsasında film çəkilib.

Rus və ingilis dillərində hekayə, povest, roman və etik-fəlsəfi esselərindən ibarət "Modern Azerbaijanian Prose", "Anxieties of the sensitive heart", "Stories", "Short stories", "Shine from the Creator" və "Мать солдата" kitabları xaricdə çap olunub.

A. N. Rəhimovun bədii yaradıcılığı haqqında "Sözün divanı və vətəndaş yanğısı", "Sənət və şəxsiyyət", "Kökün və sözün yaddaşı", "Bir nəsrin poetikası", "Zamanın üzü, yazıçının sözü", "Qələmin ucu, qılıncın gücü", "Nəsrin axarı: zaman və məkan konteksti", "Dramaturq: sənət və həqiqət", "Ağarəhim Rəhimov bədii nəsrinin dil və üslub özəlliyi", "Yazıçı karyerası: dilin və sənətin işığında" monoqrafiyaları çap olunub.

Yaradıcılığında etik fəlsəfə sahəsində tədqiqat xüsusi yer tutur. "Allahla ünsiyyət" (1997), "Ölüm və ölməzlik" (1998), "Zəka simfoniyası" (1999) və s. əsərləri buna sübutdur. "Əsgər anası", "Məhəbbət və cinayət" pyesləri tamaşaya qoyulmuşdur. "Canavar balası", "Qırmızı qar" kinossenariləri əsasında bədii televiziya filmləri çəkilmişdir.

  • "Allahla ünsìyyət"
  • "Ölüm və ölməzlìk"
  • "Zəka sìmfonìyası"
  • "Düşüncələr"
  • "Qüdrətdən doğan nur"
  • “Əsgər anası”
  • “Məhəbbət və cìnayət”
  • “Pul hərisləri”
  • “Duyumlar və deyimlər”
  • “Uçurum” və “Qəzəb”
  • “Hörümcək toru”
  • “Qana qan”
  • “Kələkbazlar”
  • “Quzğun”
  • “Ala qarğa”
  • “Bazar həngaməsı və ya gicbəsərlər”
  • “Əsgər anası”
  • “Qırmızı qar”
  • “Qızıl əllər”
  • “Namərd körpüsü”
  • “Şərikli uşaq”
  • “Hikkəbaz Gülsənəm”
  • “Bu ki komediyadır”
  • “Əcəb işə düşdük”
  • “Toy əhvalatı”
  • “Canavar balası”
  • “Molla-aşıq Məməti”
  • “Gəlìnqayada qoşa məzar“
  • “Ulu kəndìm“
  • “Fırıldaqçı Nìftulla”
  • “Mənim qəribə taleyim”
  • “Taleyin hökmü”
  • “Bank əməliyyatı”
  • “Əcəl təri”
  • “Meteor parçası”
  • “General”
  • “Tənha çinarın pıcıltıları”
  • “Yaddaşda yaşar xatirələr”
  • “Ovlaq keçidi”
  • “İkìlì dünyam”
  • “Qoşa qanad”
  • “Səfalət”
  • “Gìrdab”
  • “Cinayət və etiraf”
  • “Təxribat”
  • “Mürdəşirlər adası”
  • “Əl əlì yuyar”
  • “Məhəbbət və cìnayət”
  • “Xəyanət”, “Haray”
  • “Maska”
  • “Nə tökərsən aşına”
  • “Qatillər”
  • “Vicdan məhkəməsi”
  • “Əcaib macəranın nadürüst tipləri”
  • “İstintaq yekunlaşdı”
  • “Dünyanın beş günü”
  • “Daşqala əməliyyatı”
  • “Düdəməli qalmaqalı”
  • “Qatı cinayətkarlar”
  • “Qadın hikkəsi”
  • “İblisin oyunu”
  • “Xəcalət”
  • “Cələkəsənlər”
  1. Canavar balası
  2. Qırmızı qar (film, 1998)