Ağasəf Tağı oğlu Haqverdiyev və ya Haxverdiyev[1] (29 mart 1924, Salyan rayonu – bilinmir) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub.
Ağasəf Haqverdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1924 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır.
Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri[2], MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur.
Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub[3]. Moskvada yaşayıb.[4]