Ağbəniz (film, 2025)

Disneyin Ağbənizi[3] (ing. Disney's Snow White) və ya sadəcə Ağbəniz (ing. Snow White) — Mark Uebbin rejissorluğu ilə, Qreta QerviqErin Kressida Uilsonun ssenarisi əsasında çəkilmiş, 1937-ci ilin "Ağbəniz və yeddi cırtdan" animasiya filminin (animasiya filmi, 1812-ci ildə Qrimm qardaşları tərəfindən qələmə alınmış eyniadlı alman nağılı əsasında çəkilmişdi) canlı adaptasiyası olan musiqili fentezi filmi. Filmdə Ağbəniz rolu Reyçel Zegler, Qəddar kraliça rolu isə Qal Qadot tərəfindən canlandırılmışdır.

Ağbəniz
ing. Snow White
Filmin afişası
Filmin afişası
Janr musiqili film, fentezi filmi[d], dram filmi
Rejissor Mark Uebb
Prodüser Mark Platt
Əsərin müəllifləri "Ağbəniz və yeddi cırtdan" cizgi filmi əsasında
Ssenari müəllifləri Qreta Qerviq
Erin Kressida Uilson
Baş rollarda Reyçel Zegler
Qal Qadot
Operator Mendi Uolker
İstehsalçılar Walt Disney Pictures[2]
Studiya Walt Disney Pictures
Marc Platt Productions
Distribütor Walt Disney Studios Motion Pictures
İlk baxış tarixi 21 mart 2025
Büdcə $209 milyon[1]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2025
IMDb ID6208148

1937-ci ilin "Ağbəniz və yeddi cırtdan" filminin remeykinin çəkilməsi planı Disney tərəfindən 2016-cı ilin oktyabrında elan edilmiş, Erin Kressida Uilsonun ssenarini yazacağı bildirilmişdir. 2019-cu ilin mayında rejissor kürsüsü üçün Mark Uebblə danışıqlara başlandığı elan edilmiş, həmin ilin sentyabrında isə onun rejissorluğu təsdiqlənmişdir. Əsas çəkilişlər 2022-ci ilin mart-iyul aylarında İngiltərədəki Pinewood Studios-da həyata keçirilmiş, 2024-cü ilin iyununda isə kiçik əlavə çəkilişlər icra olunmuşdur. Film təqdim edilməmişdən əvvəl mübahisələrə səbəb olmuş, baş rol ifaçısı Zeglerin 2023-cü il SAG-AFTRA tətili zamanı açıq-sözlülüyü, əsas hekayədə edilmiş dəyişikliklər, daltonik kastinq, cırtdan personajların cırtdan olmayan aktyorlar tərəfindən canlandırılması tənqid edilmişdir.

"Ağbəniz" filminin Walt Disney Studios Motion Pictures studiyası tərəfindən 21 mart 2025-ci ildə kinoteatrlarda satışa çıxarılacağı gözlənilir.

  1. McPherson, Chris. "Why Snow White '​s Delay Is a Poisoned Apple for Disney's Bottom Line". Collider. November 2, 2023. April 21, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024. $209.3 million (£150.5 million)
  2. Ford R. Disney Developing Live-Action 'Snow White' (Exclusive) (ing.). // The Hollywood Reporter / J. Min LA: Penske Media Corporation, 2016. ISSN 0018-3660
  3. McClintock, Pamela. "Disney Delays Snow White Amid SAG-AFTRA Strike". The Hollywood Reporter (English). October 27, 2023. October 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.