Qreta Selesta Qerviq (4 avqust 1983[1], Sakramento, Kaliforniya, ABŞ) — amerikalı aktrisa, ssenarist və rejissor. İstehsal etdiyi müstəqil filmlərlə tanınıb.[3][4] Time jurnalı onu 2018-ci ilin "ən nüfuzlu 100 insanı" siyahısında göstərib.[5] Onun rejissoru olduğu "Balaca qadınlar" və "Parəbüzən" filmləri "Oskar" mükafatına namizəd göstərilib.[6] Qerviqin 2023-cü ildə çəkdiyi "Barbi" filmi dünya miqyasında 1 milyard dollardan çox gəlir əldə etmişdir.[7]
Qreta Qerviq | |
---|---|
ing. Greta Gerwig | |
| |
Doğum adı | Greta Celeste Gerwig |
Doğum tarixi | 4 avqust 1983[1] (41 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşağı | 2 |
Partnyoru | Noa Baumbax (2011–) |
Fəaliyyəti | kinorejissor, dramaturq, kino aktrisası, yazıçı, səsləndirmə aktrisası[d], film ssenaristi[d], film prodüseri |
Fəaliyyət illəri | 2006-cı ildən |
IMDb | ID1950086 |
Vikianbarda əlaqəli mediafayllar |
Qerviq ilk olaraq karyerasına Co Svanberq ilə "Hannah Takes the Stairs" və "Nights and Weekends" kimi filmlərdə əməkdaşlıq edərək başlamışdır.[8] O, partneri Noa Baumbax ilə bir sıra filmdə birlikdə çalışıb. Bunlara "Greenberg", ona "Qızıl Qlobus" mükafatı nominasiyası qazandıran "Frensis Ha", "Mistress America" və "White Noise" daxildir.