Aşıq Çələbi, əsl adı Pir Mehmed (1519, Prizren – 1571, Üskub) — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur.
Aşıq Çələbi | |
---|---|
Doğum tarixi | 1519 |
Doğum yeri | |
Vəfat tarixi | 1571 |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, yazıçı |
Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır.[1] 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.[2]