Aşıq Əsəd Rzayev

Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]

Aşıq Əsəd
Əsəd Əhməd oğlu Rzayev
Doğum tarixi
Doğum yeri Qaraqoyunlu, Göyçə mahalı, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tovuz rayonu
Dəfn yeri Tovuz rayonu
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşları Həlimə Nağı qızı, Zeynəb Alı qızı
Uşaqları Sabir, Bahadur, Yasin, Vidadi, Eyvaz (1938-1976)
Atası Koxa Əhməd Rza oğlu (?-1886)
Anası Gülbəyaz
Fəaliyyəti musiqiçi, aşıq, şair, yazıçı
Mükafatları "Şərəf nişanı" ordeni
Vikimənbənin loqosu Aşıq Əsəd Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri Mixail Kalinin Aşıq Əsədi "Şərəf nişanı" ordeni ilə təltif edir

Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır. Aşıq Əsəd 1928-ci ildə aşıqların I qurultayında yuksək ifaçılığa görə birinci mukafata layiq görulub. O, 1930-1940-cı illərdə Azərbaycan SSR-də kecrilən incəsənət tədbirlərində iştirak edən ən fəal aşıqlardan biri olub və mukafatlar alıb. Folklorçu H.Əlizadə "Koroğlu" dastanının bir necə qolunu, xalq dastanlarından bir coxunu Aşıq Əsədin dilindən yazıya alıb. Aşıq Əsəd aşıq havalarının istifadə olunan butun numunələrindən istifadə edir, hətta unudulanları bərpa edir. Məhz onun bu zəngin biliyinə görə Göyçənin, Tovuzun, Qazağın, Şəmkirin bir çox aşıqlarının yetişməsində Aşıq Əsədin böyuk rolu olmuşdur.

Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndürürdü. Bir neçə gün dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yüzlərlə qoşma və gəraylıları aşıqların dilindən düşməmişdir. Aşığın 1939 və 1974-cu illərdə "Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta gördüyü, mütəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.[2]

  • Şeirləri. Bakı, "Azərnəşr", 1939. 17 səh. 8000 nüs.
  • Aşıq Əsəd. Seçilmiş əsərləri. (tərtib edənlər B.Abdullayev, R.Xəlilov). Bakı: Elm, 1979, 162 s.
  1. Fərəcov, S. “Kamil bağban bağ becərər, gül əkər...” [aşıq Əsəd Əhməd oğlu Rzayev haqqında] //Mədəniyyət.- 2015.- 17 iyul.- S.15.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  • Bəhlul Abdullayev. "Aşıq Əsəd". Bakı, "Elm", 1979.
  • "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993.
  • Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.70-91.
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №1-2, 2001-ci il. səh.136-140.
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №3-4, 2001-ci il. səh.132-137.
  • Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.142-152.
  • Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.14.
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.
  • Azərbaycan sovet yazıçıları. Bakı,1987. səh.62.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]