Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı.
Aşıq Dəmir Gədəbəyli | |
---|---|
Doğum tarixi | 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 2020 |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | aşıq, şair |
Üzvlüyü |
Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.[1]
Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.
1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir.
Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır.
Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir.
Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Gədəbəy Aşıqlar Ansablının üzvüdür.
Azərbaycan aşıqlarının V və VI qurultaylarının iştirakçısı olmuşdur. I və II Beynəlxalq aşıq festivallarının diplomantıdır.