Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd.[2]
Arabaçı | |
---|---|
40°39′ şm. e. 45°26′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.458 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2112[1] |
Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.