Aşıq Savad (1885, Daşkənd, Yeni Bəyazid qəzası və ya Dəmirçilər, Qazax qəzası – 1970, Qumlu, Gədəbəy rayonu) – azərbaycanlı şair və aşiq.
AŞIQ SAVAD | |
---|---|
Savad Şəfi qızı Nəsibova | |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 1970 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, aşıq |
Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur.
Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir.
Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir: