Aşıqlar məhəlləsi

Aşıqlar məhəlləsiGəncənin məhəllələrindən biri. Bu məhəllə M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-döngə aiddir. Cənubdan Mahrasa bağı, şimaldan Şahsevənlər, qərbdən Şahsevənlər məhəlləsinin VIII-döngəsi (Noraşen), şərqdən isə Şahsevənlər məhəlləsi ilə əhatə olunub.[1]

M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtaran məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, Qaraca oğlan İbrahim yaşamışlar.[2] Bir məhəllədə bu qədər çox aşığın yaşamağı buranın Aşıqlar məhəlləsi adlanmasına səbəb olub.[1]

  1. 1 2 Hamlet Allahverdiyev. "Gəncənin Daş körpü məhəlləsi". ganca.org. 24 noyabr 2011. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2019.
  2. "Gəncə məhəllələrinin fərqli hekayələri". ruhengizhaciyeva.wordpress.com. 22 iyun 2016. 11 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2019.