Qazaxlar məhəlləsi

Qazaxlar məhəlləsiGəncənin XVIII əsrdə salınmış məhəllələrinindən biri. Məhəllədə XIX əsrdə tikilmiş Qazaxlar məscidi yerləşir. [1]

Qazaxlar məhəlləsi şimaldan Tapqışlaq, Şərəfxanlı, Şabanlı məhəllələri, şərqdən Xan bağı, cənubdan İtdilər, Qırıxlı, qərbdən isə Qızılhacılı məhəllələri ilə əhatələnib. Məhəllə, Hajı Balacalar, Kəblə Tağılar, Kəblə Ələsgər uşağı, Hajı Tağılar bəyliklərinən ibarətdir. XVIII əsrdə Qazax və Borçalının Kaxetiyaya verilməsindən sonra bir çox tayfa və tirələr Gəncə və Qarabağ vilayətlərinə köç etdilər. Lazarevin general-leytenant Knorrinqə 19 iyun 1801-ci il tarixli raportundan göründüyü kimi keçmiş Borçalı, Qazax, Şəmşəddil sultanlıqları Kaxetiya ilə birlikdə Rusiyanın tərkibinə daxil edildikdən sonra bu ərazilərdə yaşayan ailələrin Gəncəyə axını daha da güclənmişdi. Cavad xan belə köçmələrə rəğbətlə yanaşmış, hətta köçənlərə yardım göstərmişdir. Bu faktlara əsasən Qazaxlar məhəlləsi XVIII əsrin ortalarında formalaşmış, XIX əsrin əvvəllərində isə xeyli böyümüşdür. 1886-cı ildə burada məhəllə sakinləri tərəfindən Qazaxlar məscidi tikilmişdir.[1]

  1. 1 2 Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 201-202.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]