Qırıxlı məhəlləsi

Qırıxlı məhəlləsiGəncənin qədim məhəllələrindən biri. Ehtimal olunur ki, məhəllə Əfşar elinin Qırıxlı qoluna mənsub insanlar tərəfindən XIII əsrdən salınıb.[1]

Qırıqlı məhəlləsi, şimaldan Qızılhacılı, Qazaxlar, şərqdən İtdilər, Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, cənubdan Carrılar, Talalı, qərbdən Bayan, Daş körpü məhəllələri ilə əhatələnib. Fərrux Əhmədova görə Qırıqlı məhəlləsinin sakinləri Borçalının Qırıxlıbəyazidli, Qazaxın Qırıqlı, Şəmşəddilin Dönük Qırıqlı, Düz Qırıqlı, Kürəkbasanın Qırıxlı kəndlərindən gəlmə deyillər. Məhəllə Gəncənin digər qədim məhəllələri kimi tam mərkəzdə Şah Abbas meydanı və İçqalaya yaxın yerləşir. Məhəllə sakinlərinin əcdadları ehtimal ki, Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olub, hələ XIII əsrdən Gəncədə məhəllə salıblar. XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra isə onlar şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər.[1] Məhəllədə Qara Müseyib dəyirmanı, Hacı Abdı Mehti oğlunun buzxanası mövcud olub.[2]

  1. 1 2 Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 206-209.
  2. "Gəncənin Kınıqlı məhəlləsi". ganca.org. 23 sentyabr 2011. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]