Aşpazlıq və ya Kulinariya (lat. culīna — mətbəx) — yemək hazırlama ilə bağlı insanın fəaliyyəti.
Filogenetik analiz göstərir ki, insan əcdadları 1,8–2,3 million il əvvəl bişirməni ixtira edə bilərdilər.[1] Cənubi Afrikadaki Uanderuork mağarasında tapılan sümük fraqmentləri və bitki külü erkən adamlar orada 1 milyon il əvvəl alovu kontrol etməyinin fikirini dəstək edən sübutunu verib.[2] Homo erectus 500 min il əvvəl yeməklərini bişirdiyini sübutu mövcuddur.[3] Onların 400 min il əvvəl alovu idarə etməyinin sübutu alimləri tərəfindən geniş şəkildə dəstəklənilir.[4][5] 300 min il əvvəldən gələn arxeoloji tapıntıların arasında[6] Avropa və Orta Şərq ətrafındaki qədim ocaqlar, yer peçləri, yamdırılmış heyvan sümükləri və çaxmaqdaşları var. Antropoloqların fikrinə görə, geniş yayılmış bişirmə təxminən 250 min il əvvəl ocaqların üzə çıxması ilə başlayıb.[7]
Yaxınlarda, daha erkən, 790 min il əvvəl işlədilmiş ocaqlar haqqında məlumat üzə çıxmışdı.[8]
Aşpazlığa aid məlum ilk kitab b.e.ə. 40-cı ildə romalı Aspi tərəfindən yazılmışdır.
Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) aşpazı Kulina adlanırdı. Həm də romalılarda onuncu ilahə "Kulinariya" adlanırdı.
Heyvan mənşəli protein əzələlər, içalat, süd və yumurta kimi mallardan gəlir. Həmin mallarda böyük miqdarda protein olur. Protein həmçinin təhminən bütün bitkilərdə, özəlliklə paxlalılarda və toxumlarda mövcuddur, halbuki miqdarı nisbətən azdır. Göbələklərdə isə proteinin miqdarı tərəvəzlərdən, meyvələrdən və toxumlardan böyükdür.[9]
An international team led by the University of Toronto and Hebrew University has identified the earliest known evidence of the use of fire by human ancestors. Microscopic traces of wood ash, alongside animal bones and stone tools, were found in a layer dated to one million years ago