ABŞ-nin Benqazidəki nümayəndəliyinə hücum və ya 2012-ci il Benqazi hücumu — 11 sentyabr 2012-ci ildə Liviyanın Benqazi şəhərində yerləşən ABŞ konsulluğuna islamçı yaraqlıların təşkil etdiyi hücumdur. Hücum zamanı ABŞ-nin Liviyadakı səfiri olan Kristofer Stivens və daha üç Amerika rəsmisi həlak olmuşdur.[1] Əvvəlcə bu hadisənin İslam əleyhinə olan "Müsəlmanların məsumluğu" filminə reaksiya verən qəzəbli kütlə tərəfindən həyata keçirildiyi iddia edilmişdir. Daha sonra isə hücumun islamçı yaraqlılar tərəfindən planlaşdırılan terror aktı olduğu məlum olmuşdur.[2]
ABŞ-nin Benqazidəki nümayəndəliyinə hücum | |
---|---|
Ümumi məlumatlar | |
32°03′41″ şm. e. 20°04′51″ ş. u.HGYO | |
Yeri | |
Tarix | 11 sentyabr 2012 |
Vikianbarda əlaqəli mediafayllar |