Con Kristofer "Kris" Stivens (18 aprel 1960 və ya 1 aprel 1960 – 11 sentyabr 2012 və ya 12 sentyabr 2012[1], Benqazi) — 2012-ci ilin iyun ayından 2012-ci ilin sentyabr ayına qədər ABŞ-ın Liviyadakı səfiri vəzifəsində fəaliyyət göstərmiş amerikalı diplomat və hüquqşünas idi.[2][3][4]
Kristofer Stivens | |
---|---|
ing. Christopher Stevens | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1960 və ya 1 aprel 1960 |
Vəfat tarixi | 11 sentyabr 2012 (52 yaşında) və ya 12 sentyabr 2012[1] (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2012-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Benqazidəki Baş Konsulluğuna edilmiş olan hücum nəticəsində həlak olmuşdur.[3][5][6]
O, Şimali Kaliforniyada böyümüşdür.[7] Onun valideynləri 1970-ci illərin əvvəllərində boşanmışdırlar.[8] Atası ikinci dəfə ailə həyatı qurur və Kristoferin atasının ikinci evliliyindən bir ögey bacısı dünyaya gəlir; anası 1976-cı ildə Marin Simfonik Orkestrində fəaliyyətə başlayan violonçel ifaçısı olmuşdur.[9] Gənc Stivens Pioner İbtidai Məktəbində oxumuşdur. 1977-ci ilin yay aylarında ABŞ—İspaniya AFS Mədəniyyətlərarası Proqramlarının mübadilə tələbəsi olmuş və daha sonra isə 1978-ci ildə Pidmont Liseyindən məzun olmuşdur; O, 1982-ci ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinin tarix fakültəsini oxumuş və eyni zamanda Alfa Tau Omeqanın bir üzvü olmuşdur.[7] 1983-cü ildən etibarən 1985-ci ilə qədər o, Mərakeşdə xidmət edən bir Sülh Korpusunda könüllü olaraq ingilis dilindən dərs demişdir.[10] 1989-cu ildə Kaliforniya Universitetinin Hastinqs Hüquq Kollecini bitirmişdir. Kristofer Stivens ingilis, ərəb və fransız dilində danışmağı bacarırdı.[11]
ABŞ Dövlət Departamentində işə düzəlməzdən əvvəl o, mərkəzi Vaşinqtonda yerləşən beynəlxalq səviyyəli bir şirkətdə ticarət hüquqşünası olmuşdur.[12] 26 yanvar 1990-cı ildə Kaliforniya Ştatının Vəkillər Kollegiyasının fəal üzvlüyünə kimi qəbul edilmiş,[13] daha sonra isə 1 avqust 1991-ci ildən etibarən ölümünə qədər Kaliforniya Ştatının Vəkillər Kollegiyasının qeyri-aktiv üzv olaraq qalmışdır[4][14]
Stivens 1991-ci ildə ABŞ Dövlət Departamentinə qoşulmuşdur. O Dövlət Departamentində aşağıdakı vəzifələrdə fəaliyyət göstərmişdir: Qüdsdə diyasi bölmənin rəisi, Dəməşqdə siyasi məmur, Qahirə konsulluğunda siyasi məmur və Ər-Riyad konsulluğunda iqtisadiyyat üzrə məmur. Vaşinqtonda səfir Stivens Bitərəf Nüvə və Təhlükəsizlik Məsələləri Ofisinin direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Senatın Xarici Əlaqələr Komitəsində senator Riçard Luqar ilə bərabər Person üzvü, siyasi məsələlər üzrə katibin xüsusi köməkçisi, İran masasının xüsusi işçisi, Yaxın Şərq işləri üzrə büroda köməkçi vəzifələrini yerinə yetirmişdir.[15]
Kristofer Stivens əvvəllərdə Liviyada iki dəfə fəaliyyət göstərmişdir: Missiya rəhbərinin müavini (2007 və 2009) və Liviya inqilabı zamanı (2011-ci ilin mart-noyabr ayları ərzində) Milli Keçid Şurasında xüsusi nümayəndə kimi. O, 2012-ci ilin may ayında ABŞ-ın Liviyadakı səfiri kimi Tripoliyə gəlmişdir.[15]
Kristofer Stivens 1988-ci ildə Pakistanda Lyuis Rafelin təyyarə qəzasında ölməsindən sonra vəzifəsini yerinə yetirərkən ölən ilk ABŞ səfiri olmuşdur.[16] Stivens vəzifəsini yerinə yetirən zaman öldürülmüş səkkizinci ABŞ səfiri hesab olunur.[17][18] 2012-ci il sentyabr ayının 11-də Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna edilmiş hücumda ABŞ səfiri Kristofer Stivens və səfirliyin digər üç əməkdaşı həlak olmuşdur.[19] Əl-Cəzirə televiziyasının internet saytı Liviya təhlükəsizlik qüvvələrinə istinadən xəbər vermişdir ki, Stivens yanındakı iki təhlükəsizlik əməkdaşı ilə bərabər terrorçuların törətdikləri yanğın zamanı tüstüdən zəhərlənərək ölmüşdür.[19][20] Sentyabr ayının 15-də isə bu hücuma görə məsuliyyəti "Əl-Qaidə" öz üzərinə götürmüşdür.[21][22][23][24]
Stevens was a 1/16th enrolled citizen of the Chinook Indian Nation
ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012)