ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012)

2012-ci ildə ABŞ diplomatik missiyalarına edilmiş hücumlar və ya Müsəlmanların məsumiyyəti filminə verilmiş reaksiyalar — 2012-ci ilin sentyabr ayında ABŞ-da nümayiş etdirilmiş və küfr kimi qəbul edilmiş Müsəlmanların məsumluğu filminə görə müsəlmanların sıx yaşadığı ölkələrdə həyata keçirilmiş silsilə etiraz və hücumlardır.[20]

ABŞ diplomatik missiyalarına edilmiş hücumlar
Tarix sentyabr 2012
Yeri Misir, Liviya, Yəmən, SudanTunis
Səbəbi Müsəlmanların məsumluğu filmi
Qurbanlar
Ölənlərin sayı
Zədəlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyanın bir çox müsəlman ölkələrində etiraz aksiyaları həyata keçirilmişdir. ABŞ bayraqları yandırılmış, konsulluqlara hücumlar təşkil edilmişdir. Liviyanın Benqazi şəhərində yerləşən ABŞ konsulluğuna raket buraxıcı qurğular ilə hücum təşkil edilmiş və bu hücum nəticəsində ABŞ səfiri Kristofer Stivens də daxil olmaqla 4 nəfər həlak olmuşdur. İslamist seqment bu hadisəyə ən çox reaksiya vermişdir. Misir, Suriya, Bəhreyn, Pakistan, Somali, Nigeriyaİran da daxil olmaqla bir çox müsəlman ölkələrində etiraz aksiyaları baş tutmuşdur. Dünya miqyasında baş vermiş olan hadisələr nəticəsində 50-dən çox insan ölmüş, 694-dən çox insan isə yaralanmışdır.

ABŞ-ın Liviya dakı səfiri olmuş Kristofer Stivens Benqazidəki ABŞ konsulluğa edilmiş hücum nəticəsində öldürülmüşdür

Etirazların həyata keçirildiyi ölkələr

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin bəyanatı

[redaktə | mənbəni redaktə et]
Həmin vaxt ABŞ Prezidenti olan Barak ObamaABŞ dövlət katibi Hillari Klinton mətbuata bəyanatla çıxış edirlər

Bu film ABŞ administrasiyası tərəfindən pislənilmişdir. ABŞ dövlət katibi olan Hillari Klinton belə demişdir:

"Bu film çox iyrənc və qınaq obyektinə layiq olan bir filmdir. Bizə və şəxsən mənə görə, bu video iyrənc və qınaq obyektinə layiqdir. Görünür ki, bu film böyük bir dini ləkələmək, alçaltmaq və insanları qıcıqlandırmaq məqsədi güdür. Ancaq dünən dediyim kimi, bu videoya zorakılıqla cavab verməyin heç bir əsası yoxdur. Baş vermiş olan zorakılığı ən sərt formada qınayırıq. ABŞ və dünya miqyasında yaşayan bu qədər çox müsəlmanın bu məsələ ilə əlaqədar etiraz səslərini ucaltmasını dərindən qiymətləndiririk. İslam dini də, digər dinlər kimi insanın təməl ləyaqətinə hörmətlə yanaşır və məsum insanların üstünə hücum etmək bu təməl ləyaqətin kobud bir formada pozulmasıdır. Nə qədər ki, din adına, Allah adına qan tökmək və məsum insanların canlarını almaq istəyənlər mövcuddur, dünya həqiqi və daimi bir sülhü görə bilməyəcəkdir.'"[21]

  1. "Female suicide bomber strikes Kabul bus". Al Jazeera English. September 18, 2012. September 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2012.
  2. "Violent protests against video rock Pakistan". February 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  3. 1 2 "New film protests in Pakistan as death toll rises to 21". January 3, 2013 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 "4 killed as Yemeni police, demonstrators clash at U.S. Embassy". CNN. September 13, 2012. September 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2012.
  5. 1 2 "Tunisia death toll rises to four in U.S. embassy attack" Arxivləşdirilib sentyabr 18, 2012, at the Wayback Machine. Reuters via Trust.org. September 15, 2012. Retrieved September 15, 2012.
  6. "Shadowy Egypt-based group claims Israel border attack, cites video as motive". Washington Post. September 23, 2012. December 5, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 23, 2012.
  7. 1 2 3 "Embassies under attack over anti-Islam video". Al Jazeera English. September 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  8. 1 2 "News: One killed in violent Lebanon protest over anti-Islam film". The Daily Star. September 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  9. "Protesters clash with police near US Embassy in Cairo, one dead". Telegraph. September 15, 2012. September 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2012.
  10. "Timeline: Protests over anti-Islam video". February 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  11. "Fallout of film: Pak mob sets church ablaze, pastors son injured in attack". September 24, 2012. October 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  12. "224 injured so far at US embassy clashes in Cairo: Health ministry - Politics - Egypt - Ahram Online". February 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  13. George, Daniel P. "US consulate targeted in Chennai over anti-Prophet Muhammad film". The Times of India. September 14, 2012. October 21, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  14. "National - Live feed". news. September 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  15. ""Over 100 arrested in protest of anti-Islam film outside U.S. embassy in Paris" – New York Daily News. Retrieved September 16, 2012". New York Daily News. September 15, 2012. September 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2012.
  16. "Embassy under attack as protests spread". The Sydney Morning Herald. September 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  17. Rayment, Sean; Farmer, Ben. "British troops help fight off Taliban attack on Afghan military base housing Prince Harry". The Daily Telegraph. London. September 14, 2012. September 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2012.
  18. "Niger church ransacked in demo over anti-Islam film | Radio Netherlands Worldwide". September 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2012.
  19. "Belgian police detain 230 protesting anti-Islam film - EUROPE". September 16, 2012. December 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2015.
  20. "Film Protestolarıyla İlgili Sağduyu Çağrısı". TRT Haber. 17 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2012.
  21. "Clinton'dan Libya'ya ilginç tepki". Sabah. 2012.12.09. 2013-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 .12 2012. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]