ABŞ Prezident seçkiləri (2020)

2020-ci il ABŞ Prezident seçkiləri — 2020-ci il 3 noyabrda ABŞ-də keçirilmiş prezident seçkiləridir. Bu seçkilərin nəticəsi Amerikanın 46-cı prezidentini bəlli etmişdir . Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatıldı. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden.[1] Seçkilərin nəticəsi olaraq Co Bayden ABŞ-nin 46-cı prezidenti seçilmişdir.

← 2016  ABŞ  2024 →
ABŞ Prezident seçkiləri (2020)
2020
3 noyabr 2020
Namizəd Co Bayden Donald Tramp
Partiya Demokratlar Respublikaçılar
Səslər 81,283,501
(51,3%)
74,223,975
(46,8%)

Nəticə Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden 51,3% səs toplayaraq prezident seçildi.

ABŞ-də mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər.

Noyabrın 4-nə olan nəticələrə əsasən Co Bayden 70.106.680 seçici səsi, Donald Tramp isə 67.356.298 səs qazanıb. 94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3%, Donald Tramp isə 49,1 faizini toplayıb. Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 248 səsə, Tramp isə 214 səsə malikdir. Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.[2]

Yekun nəticələrin elan edilməsinə az bir zaman qaldığı vaxtda hər iki tərəfdar arasında davam edən gərginlik artmağa başlayıb. Donald Trampın tərəfdarları Cozef Baydenin irəlidə olduğu Detroytda səs sayma mərkəzinə basqın ediblər. Onlar poçtla verilən səslərin sayılmasını dayandırmağa çalışıblar. Arizonada Tramp tərəfdarları siyahıyaalma mərkəzi və bələdiyyə binaları qarşısında toplaşaraq saymanın dayandırılmasına çağırıblar.[3]

Noyabrın 5-də Donald Tramp ölkədə keçirilən seçkilər çərçivəsində səslərin sayılması prosesinin dayandırılmasını tələb edib. Tramp və onun qərargahı seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib.[4]

  1. "US election 2020 : All you need to know about the presidential race". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2020.
  2. "ABŞ-də prezident seçkiləri: Bayden öndədir". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  3. ABŞ-də gərginlik artır: Tramp tərəfdarları səslərin sayıldığı mərkəzə basqın ediblər[ölü keçid]
  4. Tramp səslərin sayılmasının dayandırılmasını tələb edir[ölü keçid]