ABCS turniri (ing. ABCS Tournament) — Karib Futbol İttifaqının üzvü olan dörd milli komandanın iştirakı ilə keçirilən beynəlxalq futbol turniri. Turnirin adı həmin millilərin adlarının baş hərflərindən götürülmüşdür: Aruba, Bonaire, Curaçao, Suriname. İndiyə kimi baş tutmuş bütün turnirlər olimpiya sistemi üzrə keçirilmişdir.
ABCS turniri | |
---|---|
Açılış ili | 2010 |
Komandaların sayı |
4 Aruba Boneyr Kürasao Surinam |
Son çempion | Surinam (3-cü dəfə) |
Ən uğurlu klub | Surinam (3 dəfə) |
İl | Ev sahibi | Qalib | Finalçı | III yer | IV yer |
---|---|---|---|---|---|
2010 | Kürasao | Surinam |
Kürasao |
Aruba |
Boneyr |
2011 | Surinam | Boneyr |
Aruba |
Surinam |
Kürasao |
2012 | Aruba | Aruba |
Surinam |
Kürasao |
Boneyr |
2013 | Kürasao | Surinam |
Kürasao |
Boneyr |
Aruba |
2014 | Surinam | təxirə salındı | |||
2015 | Surinam | Surinam |
Aruba |
Kürasao |
Boneyr |
Kürasaonun ev sahibliyi etdiyi bu turnir 2010-cu ilin 29 – 31 oktyabr tarixlərində keçirilmişdir. Bütün matçlar Villemştad şəhərinin Ergilio Hato stadionunda oynanılmışdır. Bu turnir həm də "Pais Positivo Cup 2010" adlanırdı[1].
29 oktyabr 2010 |
|
Ergilio Hato stadionu, Villemştad, Kürasao Hakim: Edsel Dimie |
29 oktyabr 2010 |
|
Ergilio Hato stadionu, Villemştad, Kürasao |
31 oktyabr 2010 |
|
Ergilio Hato stadionu, Villemştad, Kürasao Hakim: Roman Bussem |
1 Boneyr oyunçuları özlərinə qarşı anlaşılmazlıq nəticəsində verilən bir cəza ilə əlaqədar meydanı tərk etdi. Üçüncü yer Arubaya verildi.
31 oktyabr 2010 |
|
Ergilio Hato stadionu, Villemştad, Kürasao |
Surinamnın ev sahibliyi etdiyi bu turnir 2011-ci ilin 2 – 4 dekabr tarixlərində keçirilmişdir. Bütün matçlar Paramaribo şəhərinin Franklin Essed stadionunda oynanılmışdır[2].
Surinam | 0 - 0 | Aruba |
---|---|---|
ətraflı | ||
Penaltilər | ||
Limon Felter Baneti Mando Esperanse |
4 - 5 | Berqen Baten Santos de Qouveya Qomez Kok |
Boneyr | 2 - 2 | Aruba |
---|---|---|
Kunst 34' Yanzen 45+?' |
ətraflı | 50' Berqen 53' Qomez |
Penaltilər | ||
Bernardus Yanzen Kalvenhoven Tomasa |
4 - 3 | Breynburq Berqen Santos de Qouveya Kok Qomez |
Arubanın ev sahibliyi etdiyi bu turnir 2012-ci ilin 13 – 15 iyul tarixlərində keçirilmişdir. Bütün matçlar Oranyestad şəhərinin Kompleyo Deportivo Quillermo Prospero Trinidad stadionunda oynanılmışdır[3].
Aruba | 3 - 2 | Kürasao |
---|---|---|
Gilkes 2' Raven 44' Barradas 76' |
Martina 70' Kolina 72' |
Surinam | 8 - 0 | Boneyr |
---|---|---|
Limon 28' Yomena 30' Vaal 37' Sordam 52' Aloema 61' (pen.) Yomena 63' Cemesi 74' Drenthe 88' |
Kürasaonun ev sahibliyi etdiyi bu turnir 2013-cü ilin 14 – 16 noyabr tarixlərində keçirilmişdir. Bütün matçlar Villemştad şəhərinin Ergilio Hato stadionunda oynanılmışdır[4].
Boneyr | 2 - 1 | Aruba |
---|---|---|
İ. Piar 74' Barzey 76' |
ətraflı | Eskalona 43' |
Kürasao | 1 - 3 | Surinam |
---|---|---|
ətraflı | Pinas 3' Nayoe 67', 88' |
Surinamın ev sahibliyi etməli olduğu bu turnirin 2014-cü ilin 7 – 9 noyabr tarixlərində keçirilməsi planlaşdırılmışdır. Bütün matçlar Andre Kampervin stadionunda oynanılacaqdı. Lakin turnir baş tutmamışdır[5]. Belə ki, turnirin iştirakçılarından biri olan Kürasao 2014 Karib Kubokunun təsnifat mərhələsində sərgilədiyi yüksək performans nəticəsində 2014 Karib Kubokunun 11 – 18 noyabr tarixlərinə Yamaykada keçirilən final mərhələsində oynadığı üçün 2014 ABCS turnirinin vaxtı 28 – 30 noyabr tarixlərinə keçirilmişdir[6][7]. Ancaq bu dəfə də Karib Kubokundakı uzun sürən çıxışından sonra Kürasao millisi turnirə gəlməmiş və turnirin təşkil olunması növbəti ilə qədər təxirə salınmışdır[5].
Surinamın ev sahibliyi etdiyi bu turnir 2015-ci ilin 30 yanvar – 1 fevral tarixlərində keçirilmişdir[5]. Bütün matçlar Paramaribo şəhərinin Franklin Essed stadionunda oynanılmışdır[8].
Kürasao | 0 - 0 | Aruba |
---|---|---|
ətraflı | ||
Penaltilər | ||
3 - 5 |
Milli | Çempionluq | Vitse-çempionluq | III yer | IV yer |
---|---|---|---|---|
Surinam | 3 (2010, 2013, 2015) | 1 (2012) | 1 (2011) | – |
Aruba | 1 (2012) | 2 (2011, 2015) | 1 (2010) | 1 (2013) |
Boneyr | 1 (2011) | – | 1 (2013) | 3 (2010, 2012, 2015) |
Kürasao | – | 2 (2010, 2013) | 2 (2012, 2015) | 1 (2011) |