AMEA Riyaziyyat və Tətbiqi Tədqiqatlar İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu — elmi tədqiqat institutu.[2] Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. Direktor: AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Misir Cumayıl oğlu Mərdanov

Riyaziyyat və Mexanika İnstitutu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 6 may 1959
Digər məlumatlar
İşçi sayı
  • 222 nəf.
Sayt imm.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1959-cu il – Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılmışdır. (Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 №-li qərarı, Azərb. SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasının 11 №-li protokolu, 06 may 1959-cu il.).

1959-cu ildə İnstitutda 5 şöbə: funksional analiz, funksiyalar nəzəriyyəsi, diferensial və inteqral tənlikləri, təqribi analiz, elastikiyyət nəzəriyyəsi şöbələri və hesablama mərkəzi fəaliyyət göstərirdi. Bu istiqamətlərin yaranması və inkişafında məşhur alimlər M.V.Keldış, M.A.Lavrentyev, İ.N.Musxelişvili, İ.Q.Petrovski, S.L.Sobolev, Gelfand, S.N.Bernşteyn və A.İ.Maltsev böyük rol oynamışlar.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9

  1. akad. Zahid İ.Xəlilov (1959; 1967–1974);
  2. akad. İbrahim İ.İbrahimov (1959–1963);
  3. 1963–1967-ci illərdə professor Həşim Ağayev RMİ-də direktor vəzifəsini əvəz etmişdir.
  4. 1967–1974-cü illərdə instituta yenidən akad. Z.Xəlilov rəhbərlik edilmişdir.
  5. 1974-cü ildən 2000-ci ilə kimi institutun direktoru vəzifəsində akademik Fərəməz Qəzənfər oğlu Maqsudov çalışmışdır.
  6. 2013-cü ildən İnstituta f-r.e.d., prof. Misir Mərdanov rəhbərlik edir.

Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ilin may ayının 6-da yaranmış və institutun yaranmasının məqsədi Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olmuşdur. İnstitutun əsas bazası 1945-ci ildən, yəni Akademiyamızın yarandığı gündən, fəaliyyət göstərən Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat sektoru olmuşdur. Fizika və Riyaziyyat İnstitutunda o vaxtlarda da sonrakı illərdə olduğu kimi, Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Pedaqoji İnstitutunun bəzi əməkdaşları 0,5 ştatda elmi işçilər kimi işləmiş və elmi tədqiqatlar institutda da respublikamızın ənənəvi istiqamətləri üzrə aparılmışdır.

Fizika və Riyaziyyat İnstitutuna 1950–1957-ci illərdə görkəmli riyaziyyatçımız akademik Z.İ.Xəlilov rəhbərlik etmişdir. 1959-cu ildə yaranmış Riyaziyyat və Mexanika İnstitutunda ilk direktor akad. Z.İ.Xəlilov, direktor müavini fizika-riyaziyyat elmləri namizədi H.N.Ağayev, elmi katib Y.İ.Domşlak olmuşdur.

1960-cı ildə hesablama mərkəzi institutdan ayrılaraq Akademiyanın müstəqil hesablama mərkəzi kimi fəaliyyət göstərir və az sonra da bu mərkəz əsasında Akademiyanın Kibernetika İnstitutu yaradılır. Beləliklə, Riyaziyyat və Mexanika İnstitutu yarananda onun əməkdaşlarından 3 fizika-riyaziyyat elmləri doktoru (onlardan 1 akademik, 1 müxbir üzv) vardı və riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə elmlər doktorlarının hazırlanmasına xidmət etmək də institutun əsas məqsədlərindən biri idi.

1959–1963-cü illərdə RMİ-nın direktoru Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, ömrünün sonuna qədər bu məktəbin rəhbəri, görkəmli riyaziyyatçımız akademik İbrahim İbiş oğlu İbrahimov olmuşdur.

İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra həm bu institutda, həm də Azərbaycan Dövlət Universitetində çalışmağa başlayır. Sonra Moskvaya aspiranturaya göndərilir və orada görkəmli riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi altında aspirant olur. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə edir və ryaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olur, 1947-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edir. İbrahim müəllim Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alimimiz idi. Onun rəhbərliyi altında Azərbaycanda həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların böyük bir hissəsi İbrahim müəllimin yazdığı, o cümlədən Moskvada da çap edilən, monoqrafiyalarına daxil edilmişdir. İbrahim müəllimin zəmanəmizin ən görkəmli alimlərindən biri M.V.Keldışla və A.O.Gelfondla birlikdə yazdığı məqalələr dünya riyaziyyat ədəbiyyatında böyük iz qoymuş əsərlərdir. Funksiyaların konstruktv nəzəriyyəsinin yaradıcılarından biri sayılan akademik S.N.Bernşteynin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin edilməsinin İbrahim müəllimə tapşırılması da onun nüfuzunun göstəricisidir. İbrahim müəllim 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

Sürüncəklik nəzəriyyəsi şöbəsi

[redaktə | mənbəni redaktə et]

Sürüncəklik nəzəriyyəsi şöbəsi Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Riyaziyyat və Mexanika İnstitutunun elmi fəaliyyətdə olan 14 şöbəsindən biridir.

"Sürüncəklik nəzəriyyəsi" şöbəsi 1995-ci ilin yanvar ayında yaradılmışdır. Yarandığı gündən bu şöbəyə fizika-riyaziyyat elmləri doktoru, professor Lətif Xəlil oğlu Talıblı rəhbərlik edir. Şöbədə 9 nəfər əməkdaş fəaliyyət göstərir. Şöbədə deformasiya olunan bərk cismin mexanikasının əsas bölmələrindən olan sürüncəklik, özlüelastiklik və özlüelastikiplastik nəzəriyyələri üzrə aparılan elmi — tədqiqat işləri prioritet təşkil edir. Əlavə olaraq plastiklik nəzəriyyəsi, maye mexanikası, korroziyadan dağılma, stoxastik mexanika sahələri üzrə də elmi-tədqiqat işləri yerinə yetirilir.

Qeyri-harmonik analiz şöbəsi

[redaktə | mənbəni redaktə et]

Qeyri-harmonik analiz şöbəsi Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun şöbəsidir. Rəhbəri: fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, prof. Bilal T. Bilalov. İşçi sayı: 24 nəfər

Qeyri-harmonik analiz şöbəsi 2002-ci ildə yaradılıb.

Əsas fəaliyyət istiqamətləri

  • Qeyri harmonik Furye sıraları;
  • Xətti topoloji fəzalarda bazis məsələləri;
  • Üstlü sistemlərin funksional fəzalarda bazislik xassələri;
  • Adi diskret diferensial operatorların spektral xassələri;
  • Freym nəzəriyyəsi-veyvlet analiz və tətbiqləri;
  • Maliyyə (risk və ya aktuar) riyaziyyatı, obrazların tanınması.

Tətbiqi Riyaziyyat şöbəsi

[redaktə | mənbəni redaktə et]

Tətbiqi Riyaziyyat şöbəsi Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun şöbəsidir. Rəhbəri: fizika-riyaziyyat elmləri doktoru, prof. Qabil Q. Əliyev. İşçi sayı: 6 nəfər

Tətbiqi Riyaziyyat şöbəsi 2007-ci ildə yaradılıb.

Fəaliyyət istiqamətləri:

  • Struktur elementlər arasinda qarşılıqlı quvvələri nəzərə almaqla, armirlənmiş cisimlərin (kompozitlərin) fiziki-riyazi nəzəriyyəsini yaratmaqla;
  • Polimer və kompozit materiallarda fiziki – kimyəvi xəssələrin dəyişməsini nəzərə almaqla mexanika problemlərini araşdırmaq;
  • Fiziki mühütlərin, özəlliklə qravitasiyon və elektromaqnit mühütlərin, bərk çisimlərin və mayelərin xəssələrinin dəyişmələrinin qarşılıqlı təsirini nəzərə almaqla, nərəri əsasını yaratmaq;
  • Tibbi diaqnostikanın riyazi üsulları-kəskin zəhərlənmələrdə tibbi diaqnostikanın riyazi-informasiya texnologiyalarının işlənilməsi, verilənlərin sistemli analizi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Aligned ISNI and Ringgold identifiers for institutions (ing.). // zenodo 2017. doi:10.5281/ZENODO.758080
  2. "AMEA-da iki yeni institut yaradılıb". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.