ANT İnşaat Təmir Tikinti MMC

ANT GroupBakıda, Azərbaycanda yerləşən özəl investisiya şirkətidir. ANT İnşaat Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycan tikinti bazarının ən böyük şirkətlərindən biridir. Şirkətin əsası Azad İbrahimov tərəfindən qoyulub.

ANT Group
Ümumi məlumatlar
Tipi MMC
Sənaye Tikinti
İstehsalat
Məhsulları Daşınmaz əmlak
Tikinti məhsulları
Təsis tarixi 2002
Rəhbərlik
Rəhbərlik Azad İbrahimov
ant.az

Qrup şirkətləri[redaktə | mənbəni redaktə et]

  • ANT Construction
  • ANT Alkopan
  • ANT Mebel
  • ANT Beton
  • ANT Texservis

ANT Construction[redaktə | mənbəni redaktə et]

ANT Construction kiçik tikintidən tutmuş çoxfunksiyalı komplekslərin inşasında təcrübəyə malikdirlər.Şirkət "Premium", "Business", "Standart" və "Econom" kateqoriyalı binaların tikintisi sahəsində fəaliyyət göstərir. ANT Construction həmçinin bir çox dövlət əhəmiyyətli binaların tikintisi ilədə məşğuldur. Şirkət Azərbaycan Ədliyyə Nazirliyi,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi,Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və digər bir çox dövlət qurumları ilə bu sahədə sıx əməkdaşlıq edir.

ANT Beton[redaktə | mənbəni redaktə et]

"ANT" şirkətlər qrupunun tərkibinə daxil olan ANT Beton zavodu Azərbaycan beton əmtəə bazarında böyük əhəmiyyətə malikdir. Şirkətin balansında həm də mobil beton zavod fəaliyyət göstərir. ANT Beton Azərbaycanın bir çox tikinti firmaları ilə əməkdaşlıq edir.

ANT Texservis[redaktə | mənbəni redaktə et]

ANT Texservis tikinti və kommunal təsərrüfat sferasında fəaliyyət göstərir. ANT Texservisin balansında son məlumatlara əsasən 100 adda müxtəlif texnikalar mövcüddur.

Beynəlxalq əlaqələr[redaktə | mənbəni redaktə et]

Hal-hazırda şirkət Azərbaycandan kənarda – Rusiya, Liviya, Ukrayna, Səudiyyə Ərəbistan və Moldoviya Respublikasında da öz fəaliyyətini genişləndirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Layihələr[redaktə | mənbəni redaktə et]