APCR (İngilis dili → Armour-Piercing, Composite Rigid) (Azərbaycan dili → Sərt başlıqlı zireh dağıdıcı) tank əleyhinə mərmi növüdür. Mərminin başlığının içərisində çox sərt bir volfram metal örtüklü nüvəcik mövcuddur. Bu nüvənin xarici hissəsi daha yumşaq alüminium metal qapaq ilə örtülmüşdür. Mərmi tanka dəyəndə alüminium hissəsi dərhal dağılır, lakin volfram başlığı zirehə nüfuz edir və tankın içərisinə təsir göstərir. Beləliklə, tankın içindəki heyəti, avadanlıqları zərərsizləşdirə bilir. Bu mərmiyə Amerikalılar High Velocity Armour Piercing (HVAP) (Azərbaycan dilində → Lülədən yüksək çıxış sürəti olan zireh dağıdan mərmi); Almanlar isə Hartkernmunition deyirlər.