ATA İttifaqı və ya Ata İttifaqı[5][6] — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi.[7]
ATA İttifaqı | |
---|---|
Quruluş tarixi | 11 mart 2023 |
Dağılma tarixi | 22 may 2023 |
İdeologiya | |
İdeoloji spektr | Sağ |
Şüar | O An Geliyor |
Rəngləri | Boz |
Üzv partiyalar Zəfər Partiyası Ədalət Partiyası Ölkəm Partiyası Türkiyə İttifaqı Partiyası |
|
Prezident namizədi Sinan Oğan |
|
Türkiyə |
İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi.[8] Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi.[9] İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi.[10][11][12][13][14] Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi.[15] Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi.[16] 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi.[17]
Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.[1] Partiya sədri Rüfat Sərdaroğlu "Üçüncü bir şəxsin prezidentliyə namizəd göstərilməsinin Cümhur İttifaqına xidmət edəcəyinə inanırıq." dedi.[18]
Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaqı Partiyasından ibarət ATA İttifaqının elanı 11 mart 2023-cü ildə baş tutdu və 2023-cü il Türkiyə prezident seçkiləri üçün seçdikləri namizədin köhnə Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğan olduğu açıqlandı.[1]
Ana Vətən Partiyası,[19] Etibar, Ədalət və Aydınlıq Partiyası[20] və Vətən və Hürriyyət Partiyası[21] ATA İttifaqına kənardan dəstək verdiklərini bəyan etdilər.
Partiya | Sədri | İdeologiya | Parlamentdə | ||
---|---|---|---|---|---|
ZP | Zəfər Partiyası Zafer Partisi |
Ümid Özdağ | Anti-immiqrasiya | 0 / 600
| |
AP | Ədalət Partiyası Adalet Partisi |
Vecdət Öz | Liberal konservatizm | 0 / 600
| |
ÜP | Mənim Ölkəm Partiyası Ülkem Partisi |
Nəşət Doğan | Atatürkçülük | 0 / 600
| |
TÜİP | Türkiyə İttifaqı Partiyası Türkiye İttifakı Partisi |
Mehmet Sağlam | Proqressivizm | 0 / 600
|
Seçki | Partiyalar | Səslər | Mandat | Mövqe | |||
---|---|---|---|---|---|---|---|
# | % | Nəticə | # | ± | |||
2023 | 1,323,893 | 2.43 | 4-cü | 0 / 600 |
yeni | Parlamentdən kənar müxalifət |
Seçki | Namizəd | Səslər | % | Nəticə | Xəritə |
---|---|---|---|---|---|
2023 | Sinan Oğan |
2,831,208 | 5.17% | 3-cü |