Sinan Oğan (14 mart 1969, İğdır) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputat (2011–2015); Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqından prezidentliyə namizəd göstərilmişdir.
Sinan Oğan | |
---|---|
türk. Sinan Oğan | |
| |
12 iyun 2011 – 7 iyun 2015 | |
Seçki dairəsi | İğdır[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1969 (55 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
|
|
Təltifləri | |
sinanogan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən azərbaycanlı olan[1] Sinan Oğan 1969-cu ilin mart ayının 15-ində İğdırda dünyaya gəldi.[a] 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, on iki şiə müsəlmandır.[3]
Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır.[4]
Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır. TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirmiş, bu tədbirlərdə müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri, dövlət və ictimai xadimləri, siyasi ekspert və tarixçilər iştirak etmişlərdir.[5]
O, 2023-cü ilin may ayında Türkiyədə keçiriləcək prezident seçkilərində ATA İttifaqının vahid namizədi kimi seçilmişdir. O, namizədlik üçün tələb edilən 100 min imzanı toplamış[6] və namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilərək prezident seçkiləri üçün namizədliyi qəbul edilən 4-cü şəxs olmuşdur.[7]
Seçkilərdə səslərin 5,17%-ni (2.281.239 səs) alaraq, seçkiləri 3-cü sırada tamamlamışdır. Ən çox səs toplayan iki namizəd, Kamal Kılıçdaroğlu və Rəcəb Tayyib Ərdoğan seçki sisteminə əsasən, seçkiləri qazana bilmək üçün minimum 50%+1 səs toplaya bilməmişdir. Beləliklə, heç bir namizəd birinci turda üstünlük qazana bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır. Oğan mayın 22-si 2023-cü ildə seçkilərin 2-ci turunda Cümhur İttifaqının namizədi Ərdoğana dəstəyini açıqlamışdır.[8][9]
4 iyul 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı" ilə təltif edilib[10]
Evli və 2 uşağı var. Yüksək səviyyədə ingilis və rus dilləri bilir.[11]