Beautiful Bones: Sakurako's Investigation (azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı), A Corpse is Buried Under Sakurako's Feet və ya Yaponiyada tanınan adı ilə Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru (櫻子さんの足下には死体が埋まっている?, azərb. Cəsəd Sakurakonun ayaqları altında basdırılıb) – Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılan ranobe seriyası. Kadokawa Shoten 2013-cü ildən bəri 9 cildini buraxmışdır və bir milyon nüsxəsini nəşr etmişdir. Troyca tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 2015-ci ildə yayımlanmışdır. 23 aprel 2017-ci ildə Fuji TV-də ranobe əsasında çəkilən dorama yayımlanmağa başlamışdır.
Beautiful Bones: Sakurako's Investigation | |
Birinci cildin üzlüyü. Personajlar: Şotaro Tatevaki (solda) və Sakurako Kuco (sağda). | |
櫻子さんの足下には死体が埋まっている (Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru) azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı | |
---|---|
Janr | müəmma |
Manqa | |
Manqaka | Şiori Ota |
Rəssam | Tetsuo |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 23 fevral 2013 – hazırda |
Cildlər | 11 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şiori Ota |
Rəssam | To Mizuquçi |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Young Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 4 iyul 2015 – hazırda |
Cildlər | 1 |
Anime | |
Rejissor | Makoto Kato |
Ssenarist | Takayo İkami |
Bəstəkar | Technoboys Pulcraft Green-Fund |
Studiya | Troyca |
Digər lisenziyalar | |
Digər kanallar | Tokyo MX, KBS, SUN, HBC, TVS, CTC, tvk, GBS, BS11, MTV, TVQ |
Buraxılış tarixi | 7 oktyabr 2015 – 23 dekabr 2015 |
Vaxt | 23 dəq. |
Seriyalar | 12 (seriya siyahısı) |
Anime | |
Rejissor | Yuuiçi Sato Daysuke Yamauçi |
Ssenarist | Cunpey Yamaoka |
Bəstəkar | Yuqo Kanno |
Kanal | Fuji TV |
Buraxılış tarixi | 23 aprel 2017 – hazırda |
Sakurako Kuco 20 yaşlarının ortalarında olan gözəl, dahi qadındır. Lakin onun bütün həyatı bir şeylə bağlıdır: sümüklər. Belə ki, Sakurako osteoloqdur. Sümüklər və skeletlərlə vaxt keçirməyi çox sevir. Digərlərinə qarşı o qədər maraqlı deyil, vaxtının böyük hissəsini evində heyvan skeletlərini toplamaqla məşğuldur. Şotaro Tatevaki adlı lisey tələbəsi isə onun köməkçisi və yoldaşıdır. Lakin bu ikilinin çox qəribə bir bəxti var: nə vaxt birlikdə gəzsələr, qarşılarına insan cəsədi çıxır.
Ranobe seriyası Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılır. İlk tankobon cildi Kadokawa Shoten tərəfindən 23 fevral 2013-cü ildə buraxılmışdır.[1] İndiyə qədər 11 cildi nəşr olunmuşdur.[2] Bir milyondan çox nüsxəsi çap olunmuşdur.[3]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 23 fevral 2013[1] | ISBN 978-4-041006-95-5 |
2 | 25 may 2013[4] | ISBN 978-4-041008-39-3 |
3 | 25 sentyabr 2013[5] | ISBN 978-4-041010-10-5 |
4 | 25 fevral 2014[6] | ISBN 978-4-041012-27-7 |
5 | 20 iyun 2014[7] | ISBN 978-4-041016-30-5 |
6 | 22 noyabr 2014[8] | ISBN 978-4-041016-31-2 |
7 | 25 fevral 2015[9] | ISBN 978-4-041016-32-9 |
8 | 24 sentyabr 2015[10] | ISBN 978-4-041030-01-1 |
9 | 23 yanvar 2016[11] | ISBN 978-4-041030-04-2 |
10 | 23 iyul 2016[12] | ISBN 978-4-041030-06-6 |
11 | 25 mart 2017[2] | ISBN 978-4-041052-02-0 |
Şiori Ota tərəfindən yazılan və To Mizuquçi tərəfindən çəkilən manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 iyul 2015-ci ildən nəşr olunur. Bir cildi buraxılmışdır.[13]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 noyabr 2015[13] | ISBN 978-4-041036-78-5 |
Troyca studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı adaptasiyası Yaponiyada 7 oktyabr 2015-ci ildən 23 dekabr 2015-ci ilə kimi nümayiş etdirilmiş və Crunchyroll vasitəsilə yayımlanmışdır. Açılış mahnısı True tərəfindən ifa olunan ""Dear Answer"" mahnısı, bağlanış mahnısı Technoboys Pullcraft Green-Fund və Yuki Otake tərəfindən ifa olunan ""Uchiyoserareta Bōkyaku no Zankyō ni"" (打ち寄せられた忘却の残響に?) mahnısıdır.[14]
№ | Başlıq | Yayım tarixi |
---|---|---|
1 | "Sümükləri sevən şahzadə" "Hone Mezuru Himegimi" (骨愛ずる姫君) | 7 oktyabr 2015 |
2 | "Harada yaşayırsan?" "Anata no Ouchi wa Doko desu ka" (貴方のお家はどこですか) | 14 oktyabr 2015 |
3 | "Yayda yatan sümüklər" "Natsu ni Nemuru Hone" (夏に眠る骨) | 21 oktyabr 2015 |
4 | "Lənətli adam, birinci hissə" "Norowareta Otoko Zenpen" (呪われた男 前編) | 28 oktyabr 2015 |
5 | "Lənətli adam, ikinci hissə" "Norowareta Otoko Kōhen" (呪われた男 後編) | 4 noyabr 2015 |
6 | "Asahi körpüsündəki qeyri-adiliklər" "Asahi Burijji Iregyurāzu" (アサヒ・ブリッジ・イレギュラーズ) | 11 noyabr 2015 |
7 | "Əmanət edilmiş sümüklər, birinci hissə" "Takusareta Hone Zenpen" (託された骨 前編) | 18 noyabr 2015 |
8 | "Əmanət edilmiş sümüklər, ikinci hissə" "Takusareta Hone Kōhen" (託された骨 後編) | 25 noyabr 2015 |
9 | "Nənənin pudinqi" "Obāchan no Purin" (お祖母ちゃんのプリン) | 2 dekabr 2015 |
10 | "Kəpənək noyabrda qeyb oldu, birinci hissə" "Chō wa Ju-ichi-gatsu ni Kieta Zenpen" (蝶は十一月に消えた 前編) | 9 dekabr 2015 |
11 | "Kəpənək noyabrda qeyb oldu, ikinci hissə" "Chō wa Ju-ichi-gatsu ni Kieta Kōhen" (蝶は十一月に消えた 後編) | 16 dekabr 2015 |
12 | "Sakurakonun ayaqları altında..." "Sakurako-san no Ashimoto ni wa..." (櫻子さんの足下には...) | 23 dekabr 2015 |
Manqa seriyasına əsaslanan dorama adaptasiyası 24 fevral 2017-ci ildə anons edilmişdir. Doramanın rejissorları Yuuiçi Sato və Daysuke Yamauçidir, ssenaristi Cunpey Yamaoka, bəstəkarı isə Yuqo Kannodur. Dorama 23 aprel 2017-ci ildən Fuji TV-də nümayiş etdirilir.[15]