Abşeron gizlinləri (film, 2008)

Abşeron gizlinləri filmi rejissor Ömür Nağıyev tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir.

Abşeron gizlinləri
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Ömür Nağıyev
Ssenari müəllifi Aydın Qurbanoğlu
Operator Adil Abbasov
İstehsalçı Azərbaycantelefilm (Azərbaycan televiziyası)
İlk baxış tarixi 31 may 2008, Azərbaycan televiziyası
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 11 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Rəng rəngli

Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir.

Filmdə Abşeron yarımadasının Mərdəkan, Türkan, Binə, Qala, Şüvəlan, Dübəndi, Bəndüstü Xaşaxuna kimi qədim yaşayış yerlərindəki bizim eradan əvvəl III–II minilliklərdən qalma yerüstü, yeraltı abidələri, kurqanları, petroqlifləri-şəkil yazıları, onların tarixindən bəhs olunur. Azərbaycan tarixinin qədimliyini sübut edən bu abidələrdəki yazılar Qobustandakı, Gəmiqayadakı rəsmlərlə çox oxşardır. Tarixə qısa səyahət etməklə Azərbaycanın qədim yaşayış yeri kimi bəşər tarixinin təşəkkül tapdığı məskənlərdən biri olduğu aydın görünür.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Aydın Qurbanoğlu
Rejissor: Ömür Nağıyev
Operator: Adil Abbasov
  1. ""AZƏRBAYCANTELEFİLM" YARADICILIQ BİRLİYİNDƏ DAHA İKİ SƏNƏDLİ FİLMİN İSTEHSALI BAŞA ÇATMIŞDIR". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.