Akasirlər — qədim qaynaqlarda adı Avropadakıhunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir.
Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasınınQazax qəzası ərazisində yerləşdiyi qeyd olunur).[1][2]
Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətininQarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı.[3] Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir.