Aban

Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir[1]

Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir.

Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər[2]

Aban sözü ilə bağlı coğrafi adlar

[redaktə | mənbəni redaktə et]

Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır. Həmin toponimlər aşağıdakılardır: ABANA- 1728-ci ildə Irəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı; ABNIK – 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən birinin adı; AVAN- İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı; QACARAN – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. Müasir dövrədək qalmış bu etnotoponimlərin Ermənistan ərazisindəki areal etnotoponimlərdəndir. Abana, Abnik, Avan və Qacaran toponimlərinin tərkib hissəsi olan aran eyni bir əsasdan aban etnonimindən olması faktını qismən açıqlamaq lazım gəlir. Əvvəla, Abana etnotoponiminin tərkibindəki a sonluğu türk dillərinin toponimlərinə xas olan şəkilçidir. Məsələn, Adana (Türkiyə), Astana (Qazaxıstan) və s. Avan və Aban etnonimlərinin eyniliyi isə şübhə doğurmur. Burada v> b əvəzlənməsi özünü göstərir. Qeyd etmək lazımdır ki, Türkiyədə Avanos ("os" yunan mənşəli şəkilçi), Batum əyalətinin Artvin dairəsində Avana, Borçalı qəzasında Oban (132) etnotoponimləri vardır. Yuxarıda hələ qədim dövrdə Albaniya ərazisində bu toponimin qeydə alınması göstərilmişdir. Aban sözünün Urartu dilindəki "ebani" ilə eyniləşdirilməsi şübhə doğurur. "Ebani" çox güman ki, eba- ev, eb, oba sözü ilə səsləşir.[3][4]

Borçalı qəzasındakı Oban toponimi də bu faktı təsdiqləyir. Avnik etnotoponiminə gəlincə isə onun evnik variantına "Kitabi-Dədə Qorqud" dastanlarında rast gəlinir. Şarafxan Bidlisi XVI əsrdə Anadoluda Avnik qalasının olduğunu göstərmişdir.

  1. Bünyadov Z., Məmmədov H. Irəvan əyalətinin icmal dəftəri. Bakı, 1997 22. Cəlilov F. A
  2. Ataniəzov S. Turkmenistanın qeoqrafik atlarının düşündirişli sözlüqi. – Aşqabat: Ilım, 1980. – 321s.
  3. Cəlilov F. A. Qədim Az||As etnonimi//Azərbaycan filologiyası məsələləri. –Bakı: Elm, 1983. – S.113–114
  4. Qarabağnamələr. I cild. –Bakı: Yazıçı, 1989. – 192s.