Qarqarlar

QarqarlarAzərbaycanlıların təşəkkülündə mühüm rol oynamış qədim tayfalardan biri.

Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar.[1] Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII–XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur.

Etnik mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]

Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər. Digər alimlər isə qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edir və albanlarla eyniləşdirirlər. Hətta tədqiqatçı Kamilla Trever qarqarları Qafqaz Albaniyasında ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edirlər.

Rus tədqiqatçılarının əksəri öz əsərlərində qarqarları Qafqazdilli sayırlar (P.K.Uslar,E.İ.Krupnov,A.Q.Şanidze,N.Q.Volkova və b.).Lakin qarqarların Güney Azərbaycanda və Orta Asiyada yaşaması haqqında mənbələrdə məlumatların verilməsi bu fikirlərin əsassız olduğunu göstərir.

Qafqaz Albaniyasında qarqarlar üç bölgədə yaşayırdılar:

1)Yuxarı Qarabağda.QarqardağQarqarçay toponimləri,Gədəbəy rayonunda qarqar adının təhrif olunmuş forması olan Gərgər,HerherXarxar kənd adları qarqarlarla əlaqədardır.

2)Qafqaz Albaniyasının Şimal-Şərq bölgəsində İbn Xordadbeh (IX əsr) Şabran ilə Dərbənd arasında Karkar adlı şəhər olduğunu qeyd edir.

3) Qafqaz Albaniyasının Şimal-Qərb bölgəsində,Qəbələ rayonu ərazisində Xarxar-xaraba adlı yaşayış yeri tədqiq olunmuşdur.Qarqar etnonimininəks olunduğu çoxlu toponimlər Güney Azərbaycan ərazisində də vardır.

Lakin qarqarlara məxsus arxeoloji abidələr zəif öyrənilmişdir. Tarixi mənbələrdən aydın olmuşdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşmış, sonralar isə düzən sahələrə gələrək oturaq təsərrüfatla məşğul olmağa başlamışlar. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə qəbul edən tayfalardan biri də məhz qarqarlar olmuşlar.

  1. Алиев К.Г. К вопросу о гаргарах и территории их расселения //ДАН АзССР, 1981, № 1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]