Abayın qara sözləri (qaz. Абайдың қара сөздері) — Qazaxıstan akını və pedaqoqu Abay Kunanbayevin 45 qısa məsəl və fəlsəfi traktatdan ibarət fundamental əsəri. Nəsrdə yazılmış bu poemada milli tərbiyə və dünyagörüşü, əxlaq və hüquq problemləri, qazaxların tarixi qaldırılır.
Abayın qara sözləri | |
---|---|
qaz. Абайдың қара сөздері | |
Müəllif | Abay Kunanbayev |
Orijinal dili | Qazax dili |
Nəşr ili | 1918 |
Abay "Qara sözləri"ni ömrünün son illərində yazmışdır. O, bu dövrdə gücün vəsvəsələrini və torpaq işlərinin sıxıntılarını bilirdi, xalqı tanıyırdı və əzizlərini itirmişdi. Bu poemalar hər yeni əlyazma kitabına daxil edilərək paylanmışdır.[1] "Qara sözlər"in bəziləri ilk dəfə akinin ölümündən sonra 1918-ci ildə "Abay" jurnalının səhifələrində çap edilmişdir.
Kitabdan bir çox qənaət və ibrətamiz nəticələr bu gün aktualdır. Əsər xalqın köhnə, köksüz problemlərini dəqiq təsvir edir.[2]
Abayın əsərləri dünyanın bir çox dillərinə, o cümlədən rus, Çin, fransız və başqa dillərə tərcümə edilmişdir.
Əksər tərcümələr rus dilinə edilmişdir. Hələ 1945-ci ildə Abayın anadan olmasının 100 illiyi münasibətilə "Xudojestvennaya literatura" nəşriyyatı onun seçmə əsərlərinin rus dilinə tərcümələri toplusunu, Viktor Şklovskinin "Nazidaniya" adlı tərcüməsini özündə əks etdirən məcmuə nəşr etmişdir.[3] Bu tərcümə daha sonra 1954-cü və 1979-cu illərdə nəşr edilmişdir.[4]
Bundan əlavə, arximandrit Gennadi tərəfindən[5] hazırlanmış rus dilində aranjiman mövcuddur.[6]
1995-ci ildə Çin dilinə tərcümə edilmiş və Pekində nəşr edilmişdir.[7]