Abb

Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət.

ABB
Azərbaycan Beynəlxalq Bankı
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Təsis tarixi 10 yanvar 1992
Baş qərargahın yeri
Rəhbərlik
Rəhbərlik Abbas İbrahimov
abb-bank.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 83 ofisi ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 17 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2.6 milyondan çoxdur. Bankda 3700-dən çox işçi çalışır.

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

ABB səhmdarları

[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2024-cü il tarixli sərəncamına əsasən, 11 iyun – 24 sentyabr 2024-cü il tarixlərində ABB səhmlərinin kütləvi təklif üsulu ilə emissiyası uğurla həyata keçirilib. Proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Emissiya prosesi nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə qədər yüksəlib.

ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

1996-cı ildə ABB “AzəriKard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ABB Xankəndidə filialını açan ilk bank olub. [1]

1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.

2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda “ABB-Moskva Bankı” adı altında fəaliyyət göstərir.

2019-cu ildə ABB müştərilərə investisiya xidmətləri göstərən ABB İnvest şirkətini yaradıb və qısa müddət sonra ABB mobile tətbiqi üzərindən investisiya və sığorta fəaliyyətini hər kəsə əlçatan edib.

2019-cu ildə ABB ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan tələbatı nəzərə alaraq ABB Tech Akademiyasını, 2020-ci ildə isə ABB İnnovasiya Mərkəzini qurub.

2019-cu ildə ABB çoxfunksiyalı TamKart məhsulunu təqdim edib və böyük partnyor şəbəkəsi formalaşdırıb.

2023-cü ildə ABB həm rəqəmsal, həm real təcrübə ilə əldə edilən Tam DigiCard məsulunu, həmçinin DigiDeposit məhsulunu bazara təqdim edib.

ABB korporativ müştərilər üçün 2022-ci ildə İnternet Bankçılıq platformasını yaradıb. Hazırda korporativ müştərilərə aid əməliyyatların 96%-dən çoxu rəqəmsal formada həyata keçirilir.

ABB 2024-cü ildə kiçik sahibkarlar üçün ABB Biz tətbiqini istifadəyə verib.   

ABB ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 995-dən çox ATM-i, ticarət və xidmət müəssisələrində 16 minə yaxın POS terminalı var.  

Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.

Müştərilərin rahatlığını düşünərək ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar.

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]

ABB-nin Müşahidə şurasına aşağıdakı üzvlər daxildir:

İdarə heyəti

[redaktə | mənbəni redaktə et]

ABB-nin İdarə Heyətinə yeddi üzv daxildir:

  • Sədr: Abbas İbrahimov
  • Sədrin birinci müavini: İlham Həbibullayev
  • Sədr müavini: Vasif Əhmədov
  • Sədr müavini: Taleh Tahirli
  • Sədr müavini: Aqşin Əmirov
  • Sədr müavini: Nəbi Əliyev
  • Sədr müavini: Elmir Həbibullayev

Qarşılıqlı partnyorluq münasibətləri

[redaktə | mənbəni redaktə et]

“VISA PayWave” və “Mastercard PayPass”, NFC, Payment Rings ödəniş texnologiyalarını ölkəmizdə ilk dəfə məhz ABB tətbiq etməyə başlayıb.

VISA ilə tərəfdaşlıq çərçivəsində “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin tətbiqi də ölkəmizdə yeganə olaraq ABB-nin adı ilə bağlıdır.

2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda “ABB-Moskva Bankı” adı altında fəaliyyət göstərir.

2019-cu ildə İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan ABB klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.

“Euromoney”, “Global Finance”, “The Banker” nəşrləri müxtəlif illərdə ABB-ni ölkə üzrə ilin ən yaxşı bankı seçib.

ABB 2023-cü ildə də “The Banker” jurnalının, 2024-cü ildə  “Euromoney” jurnalının “İlin ən yaxşı bankı” mükafatına layiq görülüb.

2024-cü ildə “The Brandon Hall Group” beynəlxalq təşkilatı ABB-ni istedadların idarə olunması, həmçinin öyrənmə və inkişaf sahəsində 2 Mükəmməllik Mükafatına layiq görüb.

2024-cü ildə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatı ABB-yə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını təqdim edib.

Korporativ sosial məsuliyyət layihələri

[redaktə | mənbəni redaktə et]

ABB vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalaraq Azərbaycanda təhsil və innovasiyaların, idmanın inkişafına dəstək verir, ölkə və cəmiyyət həyatı üçün bir çox əhəmiyyətli məsələlərin dəstəklənməsində həmrəylik göstərir.

Azərbaycanda innovasiyaların inkişafına dəstək, əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin yetişdirilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirən Bank 2019-cu ildə ABB Tech Akademiyasını yaradıb.

Beynəlxalq reytinqlər

[redaktə | mənbəni redaktə et]

Fitch Ratings Uzunmüddətli emitentin defolt reytinqi – BB; Qısamüddətli emitentin defolt reytinqi –B; Dayanıqlıq reytinqi – bb; Dövlət dəstəyi reytinqi – ns; Proqnoz – Pozitiv

Moody's

Uzunmüddətli depozit reytinqi - Ba2; Qısamüddətli depozit reytinqi – NP; Kredit ödəmə qabiliyyəti reytinqi - ba3; Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqi - ba3; Uzunmüddətli qarşı tərəfin risk reytinqi - Ba1; Qısamüddətli qarşı tərəfin risk reytinqi – NP; Proqnoz – Pozitiv

ABB aşağıdakı peşəkar təşkilat və sistemlərin üzvüdür:

  • Azərbaycan Banklar Assosiasiyası (ABA)
  • Bakı Fond Birjası (BSE)
  • Dünya Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyəti (SWIFT)
  • MasterCard International
  • VISA International
  • American Express®
  • Union Pay
  • SWIFT
  • Reuters informasiya sistemi
  • Bloomberg informasiya sistemi
  • Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası
  • Azərbaycan-Amerika Ticarət Palatası
  • İsrail-Azərbaycan Ticarət Palatası
  • Caspian European Club

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb". Apa.az (az.). 2024-05-20. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-18.