Abbas Əli Süleymani (fars. عباسعلی سلیمانی; 25 may 1947, Esbu Kola[d], Pəhləvilər İranı[d] – 26 aprel 2023, Babülsər, Mazandaran ostanı) — iranlı Ayətullah[1][2][3] Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi.[4][5][6][7]
Abbas Əli Süleymani | |
---|---|
fars. عباسعلی سلیمانی | |
Doğum tarixi | 25 may 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel 2023 (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Milliyyəti | fars |
Təhsili |
|
Fəaliyyəti | klirik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Abbas Əli Süleymani 1947-ci ilin 25 may tarixində İranın Mazandaran ostanında şəhrisdanlardan biri olan Savadkuhda, dindar ailədə anadan olmuşdur.[8]
O, 5 yaşında ilk dini təhsilini almağa başlamış, 12 yaşından Qumda, daha sonra Behşəhrdə həvzələrində dini təhsil almışdır. Ali dini təhsilini Məşəd şəhərində davam etdirmişdir.[9]
Kaşan şəhərində Vilayəti-Fəqih və həmin şəhərin imam cüməsi təyin edilmişdir. Vilayəti-Fəqih sistemi İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılmışdır və bu şəxslər İranın Ali Rəhbərinin bölgələrdəki rəsmi nümayəndələri hesab olunmaqdadırlar. Bir müddət sonra Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi seçilmişdir.
Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqinin verdiyi məlumata əsasən, İran Dini Ekspertlər Şurasının üzvü, ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı qətlə yetirilib. Hadisə 2023-cü ilin 26 aprel tarixində Mazandaran ostanın Babülsər şəhərindəki yerli bankların birində baş verib.
Bank əməliyyatı üçün növbə gözləyən ayətullaha əlində kalaşnikov avtomatı olan bir nəfər arxadan yaxınlaşaraq qəfil atəş açıb. Hadisə nəticəsində Abbas Əli Süleymani yerindəcə vəfat edib, hadisəni törətməkdə təqsirləndirilən şəxs isə saxlanılıb.[10]