Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm ،də avtomat rejimdə ardıcıl atəşaçma qabiذliyyətinə malikdir. Yüksək etibarlığı və sadə qulluq olunması ilə fərqlənir.
AK-47 | |
---|---|
| |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1949-Davam edir |
İstismara başlanması | 1949 |
İstismar edənlər | Keçmiş Varşava Paktı dövlətləri və bir sıra digər dövlətlər |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Mixail Kalaşnikov |
Konstruksiya tarixi | 1944-1946 |
İstehsalçı | İjmaş |
Variantları | AKM, AK-74, AK-74M, AKS-74U, AK-105 |
Xüsusiyyətləri | |
Ağırlığı | 4,3 kg (boş maqazinlə) |
Məsafə | 100-800 m, nişangahın nizamlamasına bağlı olaraq |
Uzunluğu | 870 mm (taxta qundaqla) |
Lülənin uzunluğu | 415 mm |
Kalibr | 7,62 |
Mərminin başlanğıc sürəti | 600 atəş/dəqiqə |
Effektiv məsafə | 100-800 m, nişangahın nizamlamasına bağlı olaraq |
Nişangah | Nizamlanabilən adi nişangah, nişangah radiusu- 378 mm |
Vikianbarda əlaqəli mediafayllar |
,،
1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlanır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzimə malik, karabin daraqlı, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi.
Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə o öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür.
Kalaşnikov avtomatının ilk prototipi AK-46 1946-cı ildə nümayiş etdirilsə də, o orduya qəbul edilmir. İlk nümunələrə AK-1 və AK-2 adı verilir. 1946-cı ildə bu avtomatlar sınaq zamanı yaxşı nəticə göstərirlər. Xarici görünüşünə görə AK-46 avtomatı alman avtomatı olan StG 44 dən fərqlənmirdi. Sonralar işlənmiş AK-47 avtomatı da alman avtomatı StG 44-də heç də çox fərqlənməmişdir. Sınaqdan sonra avtomat yenidən təkmilləşdirməyə göndərilir.
Kalaşnikov avtomatı və alman avtomatı StG 44 arasındakı oxşarlıq uzun müddət SSRİ və xarici ölkələr arasında olan mübahisəyə səbəb olmuşdur. Almanlar bunun StG 44-ün surəti olduğunu təkid etsələr də, ruslar bu fikri təkzib edirdilər. Əslində Kalaşnikov avtomatının hazırlanmasının əsasında məhz StG 44 silahının konstruksiyası durur və bunu adi gözlə də görmək olur.
İkinci dünya müharibəsi bitdikdən sonra "StG 44" avtomatının istehsalı ilə məşğul olan Henel firmasının yerləşdiyi ərazi rusların nəzarətinə keçir. 1945-ci ildə Henel firması mülki malların istehsalı ilə məşğul olmasına baxmayaraq, onlar SSRİ-nin sifarişi əsasında 50 ədəd StG 44 avtomatını yığıb SSRİ-yə göndərirlər. Eyni zamanda 10785 vərəqdən ibarət hazırlama cizgisi də SSRİ-nin əlinə keçir.