Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Qasımov Abbas Talıb oğlu (24 yanvar 1970, Səfərəliyev – 5 iyul 1992, Ağdərə rayonu) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü.[1]
Abbas Qasımov | |
---|---|
Abbas Talıb oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Digər adı | "Snayper Abbas" |
Doğum tarixi | 24 yanvar 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1992 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Talıb Sayad oğlu Kərimov |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir[2]..
Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub[3].
Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur[4].
Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi[2].
5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir. O, Samux rayonunun ilk şəhididir[2]..
Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir[5].
22 iyul 1992-ci il tarixli "Yeni Samux" qəzetində və "Samux şəhidləri" adı altında kitabda "snayper" Abbasın döyüş yolu haqqında geniş məlumat verilmişdir[6].