Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi.
Abbas Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 mart 1986 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (34 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2004–2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub.[1] 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.[2][3][4]
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.[5][6][7]
İkinci Qarabağ müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[10]