Məşədi Qasım

Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası1921, Şuşa, Şuşa qəzası) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı,[1] sərrast gülləatan.

Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu
Məşədi Qasım
Məşədi Qasım
Doğum tarixi
Doğum yeri Daşkənd, Göyçə mahalı, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Gəncə quberniyası, Azərbaycan SSR
Vəfat səbəbi qızdırma xəstəliyi
Dəfn yeri
Həyat yoldaşı Ceyran
Uşaqları Hüsən, Sayad, Fəzi, Narın,
Atası Hacı Kərim Rəsul oğlu
Milliyyəti azərbaycanlı

Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb.

Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.

Məşədi Qasım dərslikdə

[redaktə | mənbəni redaktə et]

11-ci sinif "Azərbaycan tarixi" dərsliyində:

Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı. Erməni-daşnak vəhşiliklərini öz gözləri ilə görən Məşədi Qasım, sonralar Laçınlı Soltan bəyin dəstəsinə qoşulmuş və Qarabağda erməni təcavüzünün qarşısının alınmasında da yaxından iştirak etmişdi.[2]

  1. Cümşüd Nuriyev. "İmperiya siyasəti (ııı yazı)" (az.). aznews.az. İstifadə tarixi: 2014-04-08.[ölü keçid]
  2. Azərbaycan tarixi. 11-ci sinif. Bakı, "Şərq-Qərb", 2018. səh.51

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]