Abbas Qasımov (snayperçi)

Qasımov Abbas Talıb oğlu (24 yanvar 1970, Səfərəliyev5 iyul 1992, Ağdərə rayonu) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü.[1]

Abbas Qasımov
Abbas Talıb oğlu Qasımov
Şəxsi məlumatlar
Digər adı "Snayper Abbas"
Doğum tarixi 24 yanvar 1970(1970-01-24)
Doğum yeri
Vəfat tarixi 5 iyul 1992(1992-07-05) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Talıb Sayad oğlu Kərimov
Hərbi fəaliyyəti
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir[2]..

Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub[3].

Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur[4].

Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi[2].

5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir. O, Samux rayonunun ilk şəhididir[2]..

Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir[5].

22 iyul 1992-ci il tarixli "Yeni Samux" qəzetində və "Samux şəhidləri" adı altında kitabda "snayper" Abbasın döyüş yolu haqqında geniş məlumat verilmişdir[6].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 258. ISBN 978-9952-568-22-6.
  2. 1 2 3 Araz Yaquboğlu, "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012.
  3. Nəcibə Əlizadə. "Xalqımızın qəhrəman və şəhid oğulları", Bakı, 2013. səh.76–77.
  4. "Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Q" hərfi. Bakı-2001. səh.106
  5. Füzuli Ramazanoğlu, "Bu da bir taledir". Bakı, "Nurlan", 2009.
  6. "Yeni Samux" qəzeti, 22 iyul 1992-ci il.