Kərim xan İrəvanski

Kərim xan İrəvanski, Kərim xan İrəvanlı və ya Kərim Abbasqulu xan İrəvanski (15 noyabr 1885, İrəvan9 oktyabr 1919, Nalçik) — Rusiya imperiyasınınAzərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, polkovnik.

Kərim xan İrəvanski
28 fevral 1919 – 31 mart 1919
General-qubernatorBəhram xan Naxçıvanski
ƏvvəlkiVəzifə təsis olundu
SonrakıKəlbəli xan Naxçıvanski
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1885(1885-11-15)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1919(1919-10-09) (33 yaşında)
Vəfat yeri
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d]
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti polkovnik
Döyüşlər
Rütbəsi polkovnik

Təltifləri qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni "Rumıniya Ulduzu" ordeni "İgidliyə görə" qızıl qılıncı

Birinci Dünya müharibəsində iştirak edib. 1915-ci ildə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli "Müqəddəs Anna" ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1916-cı ildə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1917-ci ildə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə), ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni, Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni və Georgi silahı ilə təltif edilib.

Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvana gəlib. Yerli əhalini erməni dəstələrinin hücumlarından qorumaq üçün könüllü döyüşçülərə rəhbərlik edib. 1919-cu ildə yaradılmış Cənub-Qərbi Azərbaycan general-qubernatorluğunda, qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.

Ağ hərəkatda Kabardin Atlı Alayının tərkibində bolşeviklərə qarşı döyüşüb.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Kərim xan 1885-ci ilin noyabr ayının 15-də İrəvan şəhərində anadan olub.[1] Atası Abbasqulu xan İrəvan xanlarının nəslindən olan Hüseynəli xan Sərdarın varisidir. Abbasqulu xan 1886–1899-cu illərdə İrəvan şəhər dumasının qlasnısı olub. Kərim xan İrəvanski Sankt-Peterburqda yerləşən Nikolayevski Kadet Korpusunda təhsil almağa gedir. 1907-ci ildə məktəbi bitirib.[1][2]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Xidmətinin ilk illəri

[redaktə | mənbəni redaktə et]

1907-ci ildə Nikolaev süvari məktəbindəki təhsilini bitirdikdən sonra kornet hərbi rütbəsi alaraq Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayında xidmət etməyə başlayıb.[3][4] 1908-ci ildə Mariya Fyodorovnanın adına olan kirasir alayına ezamiyyətə göndərilir. 1909-cu ilin may ayından etibarən isə alaya rəsmi şəkildə təyinat alır.[5] 1912-ci ilin avqust ayına qədər bu alayda xidmət edib.[4]

1912-ci ilin aprel ayının 12-də Qatçina şəhərində Kirasir alayının poruçiki iki zabitin Kərim xan İrəvanski və Kirasir alayının komandanı general-mayor Lev Fyodoroviç Jirar de Sukantonun oğlu[6] donanma leytenantı Lev Lvoviç Jirar de Sukantonun duelə çıxacaqları ilə bağlı xəbər yayılır. Şəxsi mövzuda toqquşan bu iki zabit duelə çıxmaq istəkləri ilə bağlı, Kirasir alayının zabitlərinin Cəmiyyətinə və Baltik donanmasının dəniz vasitəçilər məhkəməsinə müraciət etdilər. Hər iki qurum baş vermiş mübahisənin yalnız duellə həll olunacağı haqda qərar qəbul etdilər.[7]

Tərəflər 25 aprel səhər saatlarında Prioratsk parkına toplaşırlar. Burada duelin iştirakçıları, onların sekundatları (İrəvanski tərəfdən Kirasir alayından iki zabit, Sukanton tərəfdən iki donanma zabiti), Baltik donanmasının dəniz vasitəçilər məhkəməsinin təmsilçiləri, Kirasir alayının həkimləri, A. İvanov, V. Pikkel iştirak edirdilər.[7]

Dueldə ilk atəş açan Kərim xan Sukantonu sağ döş qəfəsindən yaralayır. Bundan sonra ona həkimlər və sekundatlar yaxınlaşıb ilkin tibbi yardım göstərirlər. Daha sonra isə Kirasir alayının tibb məntəqəsində sarğı işləri görüldükdən sonra onu Varşava vağzalına apararaq buradan da Peterburqa göndərirlər. Yarası olduqca ağır olsa da onu sağalda bilirlər. Bundan sonra Lev Lvoviç Jirar de Sukanton uzun müddət orduda xidmət edir[7]. Təqaüdə çıxdıqdan sonra isə Çinin Xarbin şəhərində yaşayıb və 1934-cü ildə burada dünyasını dəyişib.[6]

Birinci Dünya Müharibəsində

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsi başlayanda Kərim xan İrəvanski poruçik hərbi rütbəsində idi. 1914-cü ilin avqust ayında Qafqaz yerli süvari diviziyasının Kabardin Atlı Alayına göndərilir. [8] 29 avqustda xidmət yerinə çatan o, alayın komandiri polkovnik İllarion Vorontsov-Daşkov tərəfindən alayın müvəqqəti adyutantı təyin edilir. 1914-cü il sentyabr 3-ü verilmiş 6 nömrəli əmrlə poruçik Xan İrəvanski alayın adyutantı təyin edilir.[9][10] Kərim xan İrəvanskinin o dövrdə Vəhşi Diviziyanın komandanı olan II Nikolayın kiçik qardaşı Mixail Romanovla yaxın dostluq əlaqələri olub.[11] 1915-ci yanvarın 9-da il Vetlino kəndinin ətrafında gecə baş vermiş döyüşə görə ştabs-rotmistr Xan İrəvanski üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. [12]

1915-ci il fevralın 17-də Karpat dağlarının ətəyində yerləşən Maydan kəndi (indiki Ukrayna ərazisində yerləşir) ətrafında baş vermiş gecə döyüşündə fərqləndiyinə görə Georgi silahı ilə təltif olunmaq üçün rəhbərliyə təqdim olunur. Təqdimatda yazılıb:

Mixail Romanov Kabardin Atlı Alayı ilə birlikdə. Ehtimal olunur ki onun solunda Kərim xan İrəvanskidir.
" Ştabs-rotmistr Xan İrəvanski alay adyutantı vəzifəsini yerinə yetirərək, 1915-ci il fevralın 17-də Meydan kəndi yaxınlığında baş tutan gecə döyüşündə, xüsusi əhəmiyyətli tapşırığa göndərilib. Ona, mənim komandanlığımda olan Kabardin Atlı Alayı və general Staxoviçin dəstəsinin sağ cinahı ilə əlaqəni bərpa etmək tapşırılmışdı. Atıcı dəstə zənciri qalın meşədə irəlilədikcə qonşu dəstələrlə əlaqəni itirmişdi, bu isə bütün dəstəni təhlükəli vəziyyətə salırdı. Ştabs-rotmistr Xan İrəvanski düşmənin öldürücü atəşi altında, öz həyatını təhlükəyə ataraq ona tapşırılmış işi uğurla yerinə yetirdi. Heç nəyə baxmayaraq o, düşmən mövqelərinə kəşfiyyata gedərək, avstriyalıların səngərlərinə 50 addımlıq məsafəyə qədər yaxınlaşmış, onların yerləşdikləri mövqelər və digər məlumatları çatdırmış və bütün dəstəyə əhəmiyyətli kömək etmişdir. "

Lakin Kabardin Atlı Alayının komandirinin təqdimatı, Georgiyevski Duma tərəfindən rədd edilir. 1915-ci il avqustun 26-da Cənub-Qərb cəbhəsinin IX ordusunun komandanı, general Leçitskinin əmri ilə "1914-cü il dekabrın 1-dən, 1915-ci il iyulun 1-ə qədər olan tarixdə düşmənlə döyüşdə fərqləndiyinə görə" Kərim xan İrəvanski üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə, 1917-ci il martın 19-da Cənub-Qərb cəbhəsi ordusunun əmri ilə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə) ilə, 1917-ci il martın 25-də Dördüncü ordunun əmri ilə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə Kabardin Atlı Alayının 4-cü yüzlüyünün komandiri ştabs-rotmistr Kərim xan İrəvanski ikinci dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla birlikdə) ilə təltif edilir.[12] 27 iyul 1917-ci ildə Kərim xana rotmistr hərbi rütbəsi verilir. 1917-ci il iyulun 27-də Rumıniya kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni ilə təltif edilib.[13] Həmin ilin 29 sentyabrında Kərim xan İrəvanskini yenidən Kabardin Atlı Alayına hərbi xidmətə göndərirlər.[14]

1917-ci il avqust ayında Vəhşi Diviziyanın Petroqrada olan yürüşündə iştirak edib. [15] Ordunun və hərbi dəniz donanmasının əmri ilə 1917-ci il oktyabrın 8-də rotmistr Kərim xan İrəvanski hərbi mükafat — Georgi silahı ilə təltif olunub.[16] Kabardin Atlı Alayı ilə 1917-ci ilin oktyabr ayında Şimali Qafqaza gəlib. Həmin ilin noyabrında Kərim xan Kiçik Kabardanın Axlovo (indiki Nijnıy Kurp) kəndində yerli əhalini quldur hücumlarından qoruyub.[17]

Azərbaycan Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

Kərim xan 1918-ci ilin sonlarında Naxçıvana gəlib.[18] 28 yanvar 1919-cu ildə verilən 364 nömrəli əmrdə olan qeydlərdən məlum olur ki, Kərim xan polkovnik rütbəsindədir və onun komandiri olduğu könüllü döyüşçülərin sayı 1,000 nəfərdən çoxdur. Bu əmrdə qeyd edilib ki, onun rəhbərlik etdiyi döyüş dəstəsi podpolkovnik Kalbalı xan Naxçıvanskinin rəislik etdiyi qərargaha tabedir. Hətta onun döyüşçülərinin iki döyüş topunun olduğu da yazılıb.[19] Qeyd olunub ki, Kərim xanın komandirlik etdiyi dəstə ermənilərlə döyüşdə böyük şücaətlər göstərib. Şərur dairəsinin komandiri kimi mərkəzə verdiyi məlumatda deyilir:

" 1918-ci il miladi, 23 dekabr. Şərur nahiyyəsinin baş komandanı Kərim xan tərəfindən verilən telefonun məzmunu: "İrəvanda fransız nümayəndələri oturmuşlar. Müsəlman kəndlərinin adamları bu son zamanda müharibəsiz ermənilərə tərksilah olaraq təslim olmuşlar. Bunlara ermənilər olmazın cəza və cəfa verməkdədirlər. Müsəlmanların cavan, iş bilən və möhtərəmlərindən tutub edam edirlər.[1][20] "

Azərbaycan Xalq Cümhuriyyətinin 28 fevral 1919-cu il sərəncamı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılıb və Kərim xan İrəvanski general-qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.[21] 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinjn digər bir qərarı ilə Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.[22] 31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edildi. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırıldı.[23][24] Daha sonra isə qardaşı ilə birlikdə Kabardaya getmişdir.[25]

Ağ hərəkatda

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin yay və payızında Cənubi Rusiya Silahlı Qüvvələrinin, Kabardin Atlı Diviziyasının, II Kabardin Atlı Alayında rotmistr hərbi rütbəsində xidmət edib. Bir müddət müvəqqəti olaraq alaya rəhbərlik edib.[26] 1919-cu ilin avqust ayının sonlarında Nalçikə vurduğu teleqramda 12 avqust tarixində bolşeviklərin III Qırmızı Atlı Alayını dağıtmaqları və sağ qalanlarının qaçmaqları haqda, eləcə də 2 pulemyot və bir çox odlu silah və güllələrin ələ keçirilməsi haqda məlumat verib. 1919-cu ilin avqustun 30-da Veliko Knyajeski stansiyasından vurduğu teleqramda isə, avqustun 24-də Tsaritsın ətrafında piyada bolşeviklərə hücum edib 600 əsir, 5 pulemyot ələ keçirmələri və çox sayda bolşeviki məhv etmələri barədə məlumat verib.[26]

Abbasqulu Xan İrəvanski (mərkəzdə) öz ailəsi ilə birlikdə. Arxa cərgədə soldan ikinci Kərim xan İrəvanskidir.

Atası Abbasqulu xan İrəvan xanlarının nəslindən olan Hüseynəli xan Sərdarın varislərindəndir. Abbasqulu xanın atası Möhübəli xan Sərdarın nəvəsidir. 1886–1899-cu illərdə İrəvan şəhər dumasının qlasnısı[27], 1904–1906-cı illərdə İrəvandakı rus-tatar məktəblərindən birinin fəxri himayəçisi olub.[28]

Anası Tərlan xanım isə naxçıvanlı general İsmayıl xan Naxçıvanskinin-Kəngərlinin qızıdır.[28][29]

Qardaşı Ağa xan İrəvanski 1904-cü ildə İrəvan Şəhər Dumasına[27], 1906-cı ildə isə Rusiya İmperiyasının I Dövlət Dumasına üzv seçilib. 1919-cu ildə İrəvan Müsəlman Milli Şurasının sədri olub.[30]

Kərim xan İrəvanski ilk dəfə Hüseyn xan Naxçıvanskinin həyat yoldaşının əmisi qızı, lüteran inancına sahib İnna Herbel ilə ailə həyatı qurub.[1] Lakin bu nikahdan övladı dünyaya gəlməyib. [31] 1918-ci il yanvarın 11-də isə ikinci dəfə Nalçik dairəsindən milliyyətcə balkar olan əsilzadə ailəsinin nümayəndəsi Şamside Kumukovna Aydabulova ilə ailə qurub.[24] [15]

Birinci Dünya Müharibəsində döyüşlərdə fərqləndiyinə görə təltif edildiyi ordenlər.

  • — 1915-ci il yanvarın 9-da il üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.[12]
  • — 1915-ci il avqustun 26-da üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib.[12]
  • — 1916-cı il aprelin 2-də üçüncü dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib.[12]
  • — 1917-ci il martın 19-da Cənub-Qərb cəbhəsi ordusunun əmri ilə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib. [12]
  • — 1917-ci il martın 25-də Dördüncü ordunun əmri ilə ikinci dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla birlikdə) ilə təltif edilib. [32]
  • — 1917-ci il iyulun 27-də Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni ilə təltif edilib.[13][15]
  • — 1917-ci il oktyabrın 8-də ordunun və hərbi dəniz donanmasının əmri ilə ali hərbi mükafat — Georgi silahı ilə təltif edilib.[33][34]

1919-cu il oktyabr ayının 9-da Volqaboyunda Tsaritsın cəbhəsində gedən döyüşlərdən birində həlak olub. Cəbhə komandanlığının təşkilatçılığı ilə Kərim xanın nəşi Nalçik şəhərinə gətirilərək oradakı Volnıy Aul qəbiristanlığında dəfn olunub.[24][35]

  1. 1 2 3 4 Musa Rəhimoğlu. "Polkovnik Kərim xan İrəvanski – igid süvari, cəsur ordu komandiri" (az.). 525-ci qəzet. 12 avqust 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  2. "Хан-Эриванский Керим-Аббас-Кули" (rus). ria1914.info. 16 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  3. Владислав Кислов. Гатчина и гатчинцы в Великой Войне (1914–1918) (PDF). səh. 1. Archived from the original on 2020-01-09. İstifadə tarixi: 2022-07-07.
  4. 1 2 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 106
  5. Адрес-Календарь. Общая роспись начальствующих и прочих должностных лиц. По всем управлениям в Российской Империи на 1909 год. Часть I и II. 1909, с. 970. Sankt-Peterburq. 1909. səh. 970.
  6. 1 2 N.Blaqovo, M.Vəliyev. "Baron Johann Theodolph Leo Girard de Soucanton" (rus). kmay.ru. 3 may 2017. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  7. 1 2 3 "Leo Roman Paul Girard de Soucanton" (rus). bogatov.info. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  8. Azərbaycanın Birinci dünya müharibəsi dövründə, 2014. səh. 62
  9. Dmitri Sofin. "Великий князь Михаил Александрович и формирование Дикой дивизии" (rus). permgaspi.ru. January 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2022.
  10. Oleq Oprışko. "Кабардинцы и Балкарцы в составе Кабардинского конного полка в первой мировой войне 1914–1918" (PDF). Сборник документов и материалов (rus). Издательский отдел КБИГИ, 2014. – 222 с. 2014. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-14.
  11. Fərhad Nağdəliyev. "По отношению к Нахчывану было допущено очень много несправедливостей" (rus). Азербайджанские известия. May 13, 2017. July 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2022.
  12. 1 2 3 4 5 6 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 107
  13. 1 2 ЦГА РСО-А. ФО. 58. Оп. 1. Д. 111. / Şimali Osetiya-Alaniya Respublikasının Mərkəzi Dövlət Arxivi Fond 58, İnv. 1, İş 111
  14. Azərbaycanın Birinci dünya müharibəsi dövründə, 2014. səh. 122
  15. 1 2 3 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 108
  16. Eldar İsmayılov, "Азербайджанцы, награжденные Георгиевским оружием в 1914–1917 гг." (PDF), IRS, 4, 2014: 50–51, Archived from the original on 2021-08-31, İstifadə tarixi: 2022-07-14
  17. Oleq Oprışko. Кавказская конная дивизия, 1914–1917 Возвращение из забвения... Nalçik: Эль-Фа. 2007. səh. harv. ISBN 978-5-88195-873-2. Archived from the original on 2021-06-22. İstifadə tarixi: 2022-07-05.
  18. Musa Rəhimoğlu. "Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə" (az.). 525-ci qəzet. 23 oktyabr 2018. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  19. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 109
  20. Musa Quliyev. "Доблестный защитник Нахчывана" (rus). Kaspi. September 17,2-16. July 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2022.
  21. Qanunverici aktlar, 1998. səh. 454
  22. Qanunverici aktlar, 1998. səh. 472
  23. Qanunverici aktlar, 1998. səh. 492
  24. 1 2 3 İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  25. Musa Rəhimoğlu. "Naxçıvan və İrəvan xanlıqları tarixinin yeni aydınlanan səhifələri" (az.). 525-ci qəzet. 28 oktyabr 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
  26. 1 2 Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 110
  27. 1 2 Zeynalov, 2011. səh. 69
  28. 1 2 Musa Quliyev. "Abbasqulu Xan İrəvanski və nəsil şəcərəsi" (az.). 525-ci qəzet. June 17, 2009. January 14, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2022.
  29. Zeynalov, 2011. səh. 70
  30. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты / Azərbaycan Xalq Cümhuriyyəti: 1918–1920: qanunvericilik aktları (PDF). Bakı: Azərnəşr. 1998. səh. 452. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-05.
  31. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 2010. səh. 111
  32. Azərbaycanın Birinci dünya müharibəsi dövründə, 2014. səh. 84
  33. Eldar İsmayılov. Азербайджанские иррегулярные части в составе русской императорской армии. Татарский конный полк (PDF). səh. 7. Archived from the original on 2014-08-07. İstifadə tarixi: 2022-07-14.
  34. "Эриванский Керим-хан :: Георгиевское оружие (Золотое оружие «За храбрость»). Документы о награждениях". gwar.mil.ru. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  35. Səbuhi Əhmədov. "К 135-летию Керим хана Иреванского: Пара дуэльных пистолетов" (rus). 1news.az. 31 may 2020. 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.