İrəvanskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan xanları nəslindəndirlər.
İrəvanskilər | |
---|---|
Titul | Xan |
Əcdadı | Məmmədqulu xan |
Qohum soylar | Bağırbəyovlar |
Mənşəyi | İrəvan |
Təbəəliyi | İrəvan xanlığı, Rusiya imperiyası |
Qacarların bir qolu olan İrəvanskilərin əcdadları uzun illər İrəvan xanlığını idarə edib. Onların çoxu Şərur mahalında və Naxçıvanda da yaşayıb. Yeri gəlmişkən, Tbilisi arxivlərində Şərurda yaşamış İrəvan xanları ilə bağlı hələ tədqiq olunmamış qovluqlar var. Bu qovluqlarda onların yaşadıqları kəndlər haqqında geniş məlumatlara rast gəlirik. 1828-ci ildən sonra İranın Marağa şəhərinə köçən xanların Rusiya çarına, sonralar isə Qafqaz canişininə yazılmış maraqlı məktubları da həmin qovluqlarda saxlanılır.
Qeyd edək ki, İrəvan xanları hələ lap qədimlərdən Naxçıvan xanları ilə qohum olublar. I Kəlbəlı xanın arvadı Tükəzban xanım İrəvan xanı Hüseynəli xan Qacarın qızıdır, Səltənət xanımın doğma bacısıdır. Bəzən səhv olaraq onun Məhəmməd xanın qızı kimi təqdim edirlər. Əsl həqiqətdə isə belə deyil, o, Məhəmməd xanın bacısıdır. Bu haqda İrəvan xanlarının qalın bir cild olan "Məktublar"ından ətraflı məlumat almaq olar. Burada qeyd edilib ki Məhəmməd xanın anası Şadlı tayfasındandır. Məmmədqulu xan Rusiya ordusunun kapitanı olub, 1846-cı ildə vəfat edib. Gürcüstan mərkəzi tarix arxivində Məmmədqulu xanın şəxsi işi saxlanılır. Həmin sənəddən öyrənirik ki, onun oğlu Möhbalı xan da rus ordusunun giziri olub. Və elə oradaca qeyd edilib ki, bu sülalənin, demək olar ki, əksəriyyəti bacarıqlı döyüşçülər kimi tanınıblar.