Abdulcəlil Xuluqvi (ləzg. Абдулджелил Хулухви; 1880-1937) və ya doğum adı ilə Abdulcəlil Sadiq oğlu Ramazanov — Ləzgi əsilli Azərbaycan şairi. O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır.[1]
Abdulcəlil Xuluqvi | |
---|---|
Abdulcəlil Sadiq oğlu Ramazanov ləzg. Абдулджелил Хулухви | |
Təxəllüsü | Nadim |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Bakı quberniyası, Xuluq |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti SSRİ |
Milliyyəti | ləzgi |
Təhsili | orta |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ləzgi, azərbaycan |
Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Rusiya imperiyasının, Bakı quberniyasına daxil, Xuluq kəndində (hazırda Qusar rayonu ərazisində) anadan olub.
O, Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən Əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şeirlərinin yaradıcılığını öyrənmişdir. Abdulcəlil Azərbaycan, fars, türk, ərəb dillərinidə bilirdi. Onun həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdi. Abdulcəlil Əhməd Cavad və Mircəfər Bağırovla dostluq etmişdir. 1932-ci və 1934-cü illərdə "xalq düşməni" kimi ittihamalarla iki dəfə həbs edilmiş, kitabxanası isə məhv edilmişdir. Həbs edilməsinin əsas səbəbi ərəb və fars dillərini bilməsi idi. Abdulcəlil 1937-ci ildə üçüncü dəfə də həbs olunur. Onun sonrakı taleyi isə məlum deyil. Abdulcəlil Xuluqvinin yalnız 101 şeiri və son iki dəftəri qalmışdır.[2]
O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır.