Abdulla Şaiqin Ev Muzeyi

Abdulla Şaiqin ev-muzeyi – azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin 1916–1959-cu illərdə yaşadığı ev; Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Muzey, Bakı şəhəri, A. Şaiq küç.21 ünvanında yerləşir.[2]

Abdulla Şaiqin ev-muzeyi
Abdulla Şaiqin ev-muzeyinin binası
Abdulla Şaiqin ev-muzeyinin binası
Xəritə
Əsası qoyulub 1916
Mövzu ədəbiyyat
Ölkə
Yerləşir Azərbaycan, Bakı
Kolleksiyası 8000 eksponat [1]
Direktor Ülkər Talıbzadə
Telefon (99412) 4922961
40°22′30″ şm. e. 49°49′31″ ş. u.HGYO
ashaig.aznet.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir.[3] 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A. Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A. Şaiqin qələm və sənət dostlarından N. Vəzirov, S. S. Axundov, H. Cavid, Bülbül, Y. V. Çəmənzəminli, S. Hüseyn, Ə. Cavad, Ə. Abid, A. Musaxanlı, T. Ş. Simurğ, M. M. Seyidzadə, M. Rzaquluzadə, H. Mehdi, Q. Xaliqov, H. Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir.[4]

Abdulla Şaiqin ev-muzeyi 1991-ci ildən fəaliyyətə başlamışdır.[5]

  1. Kamal Talıbzadə (1991–2006)
  2. Rəfiqə Talıbzadə (2006–2009)
  3. Ülkər Talıbzadə (2009-cu ildən)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • http://www.abdullashaig.com/ Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine
  • http://www.ashaig.aznet.org/
  • "Abdulla Şaiqin mənzil-muzeyi". kataloq.gomap.az. İstifadə tarixi: 09.02.2021.
  • "Abdulla Şaiqin nəvəsi: "Ümid edirəm, babamın ev muzeyi sökülməyəcək"". https://report.az. İstifadə tarixi: 09.02.2021.
  • ""Mən hər zaman atamın və babamın şəxsiyyəti ilə qürur duymuşam"". anl.az. İstifadə tarixi: 09.02.2021.
  1. "Abdulla Şaiqin ev-muzeyi". 2018-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
  2. "Azərbaycan muzeyləri". museum.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.
  3. "Abdulla Şaiqin ev-muzeyi". az.baku-art.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.
  4. "Abdulla Şaiqin ev-muzeyi". citylife.az. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021.
  5. İctimai TV. "Abdulla Şaiqin evində toyu olan məşhur şair və yazıçılar kimlər idi?" (az.). Youtube.com. 29.09.2023. İstifadə tarixi: 2023-09-29.